• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda polkovnik vəfat etdi

Azərbaycanda polkovnik vəfat etdi
01.03.2017 15:50
Müdafiə Nazirliyinin Tikinti Baş İdarəsinin keçmiş rəisi, "Əməkdar İnşaatçı" istefada olan polkovnik Əliyev Adil Ömər oğlu 2017-ci il fevralın 28-də ömrünün 74-cü ilində uzun sürən xəstəlikdən sonra vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, polkovnik A.Əliyev 1943-cü il dekabrın 13-də Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1962-ci ilədək "Qızıl Şəfəq" sovxozunda fəhlə işləyib. 1963-cü ildə Sovet Ordusu sıralarında həqiqi hərbi xidməti başa vurduqdan sonra  ona "kiçik leytenant" hərbi rütbəsi verilib.

1967-ci ilin sentyabr ayının 15-də Estoniyanın Yaqala şəhərində siyasi kurslara göndərilib və oranı 1968-ci ildə bitirdikdən sonra ona "leytenant" hərbi rütbəsi verilərək Yakutiya Muxtar Sovet Sosialist Respublikasının Tiksi-3 şəhərində bölük komandirinin siyasi işlər üzrə müavini, daha sonra bölük komandiri vəzifəsində xidmətə göndərilib.

1974-cü ilin fevral ayında polkovnik A.Əliyev Ukraynanın Çerniqov şəhərində bölük komandiri, 1976-cı ilin noyabr ayında isə həmin qarnizonda hərbi hissə komandiri vəsifəsində xidmət edib. Həmin il hərbi hissə Azərbaycan Respublikasının Qəbələ şəhərinə köçürülüb və bir müddət xidmət etdikdən sonra o, 1983-cü ildə Leninqrad şəhərində akademik kurslara qəbul olunub.

Polkovnik A.Əliyev 1983-cü ildən inşaat idarəsi rəisinin müavini vəzifəsində, 1992-ci  ilin yanvar ayından 2005-ci ildə ehtiyata buraxılanadək isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Tikinti İdarəsinin rəisi vəzifəsində xidmət edib.

Xidmət dövründə polkovnik A.Əliyev bir sıra medallarla təltif edilib. 1988-ci ilin avqustunda Qəbələ RLS-nin layihələşdirilməsi və tikintisi sahəsində əldə etdiyi nailiyyətlərə görə ona SSRİ Nazirlər Kabinetinin mükafatı verilib.

1989-cu ilin may ayında ona Azərbaycan Ali Sovetinin qərarı ilə Azərbaycan SSR-in əməkdar inşaatçısı fəxri adı verilib.
Polkovnik A.Əliyevin xatirəsi zabit və xeyirxah insan kimi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Allah rəhmət eləsin!"

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol