• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sərhəddən buraxılma qaydası dəyişir

Azərbaycanda sərhəddən buraxılma qaydası dəyişir
03.03.2017 15:00
Şəxslərin, nəqliyyat vasitələrinin və digər əmlakların Azərbaycanın dövlət sərhədindən buraxılma qaydaları dəyişdirilir.

Milli.Az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunun 12-ci maddəsi (Şəxslərin, nəqliyyat vasitələrinin və digər əmlakın Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılması) dəyişdirilərək yeni formada verilir.
 
Layihəyə əsasən nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər, onların nümayəndələri Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının, əməliyyat-axtarış, kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar sərhəd qoşunlarının tələbi əsasında gömrük orqanlarının iştirakı ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar. Hazırki maddəyə əsasən isə nəqliyyat sahibləri ümumiyyətlə, sərhəd qoşunlarının, gömrük və digər aidiyyəti orqanın istənilən tələbinə görə yükü açmağa borcludurlar.
 
Layihəyə görə, yeni formaya belə bənd də əlavə edilir: "Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük orqanlarının iştirakını təmin etmək mümkün olmadığı hallarda milli təhlükəsizliyi, dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədilə nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitəsi barəsində səlahiyyətli olan digər şəxslər, onların nümayəndələri sərhəd qoşunlarının tələbi ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar".
 
Yeni maddəyə görə, şəxslərin Azərbaycan dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədi ilə sərhəd qoşunları dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə, yüklərə, başqa əşyalara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada baxış keçirirlər.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və martın 7-də müzakirəyə çıxarılacaq.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Siyasət 12:13
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Siyasət 11:58
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Siyasət 11:43
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 10:08
Prezident deputatla bağlı sərəncam imzalayıb
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol