• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir: Niderland CQD-nin inşasına xüsusi əhəmiyyət verir

Səfir: Niderland CQD-nin inşasına xüsusi əhəmiyyət verir
13.03.2017 17:19
Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Onno Kervers Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

Caspian European Club-dan Trend-ə verilən məlumata görə, görüşdə Hollandiya şirkətlərinin aprelin 12-də Bakıda keçiriləcək Caspian Energy Forum – 2017-də iştirakı mövzusuna toxunulub.

Səfir ölkədə həyata keçirilən iqtisadi islahatların və Avropa investorlarının Azərbaycanın regional layihələrində və iqtisadiyyatının diversifikasiyasında iştirakının əhəmiyyətini vurğulayıb.

"Azərbaycanla Niderland arasında iqtisadiyyat, ticarət və investisiya sahələrində artıq geniş əməkdaşlıq yaradılıb. Müxtəlif beynəlxalq təşəbbüslərə və Azərbaycanın mövqeyinə nəzər yetirsək, Bakı Beynəlxalq Dəniz Ticarət Limanın maraqlı layihə olduğunu deyə bilərik. Bizim Şimal-Cənub adlı nəqliyyat dəhlizimiz var. Plana əsasən, bu dəhliz Sankt-Peterburqdan Mumbaya qədər uzanmalıdır. Xəritəyə baxsaq, marşrutun bu regionla da kəsişdiyini görə bilərik. Beləliklə, infrastrukturun inkişafı və yaxşılaşması, həmçinin Xəzər dənizindəki azad ticarət zonası, sözsüz ki, bu məsələdə mühüm rol oynayacaq. Əlbəttə ki, Şimal-Cənub marşrutu ilə yanaşı, Şərq-Qərb marşrutu, yeni İpək Yolu da mövcuddur ki, bu da öz növbəsində geniş imkanlar yaradır”, - deyə səfir qeyd edib.

Bundan əlavə, Onno Kervers bildirib ki, ötən ilin dekabrında qəbul edilmiş Yol Xəritələri, həmçinin Azərbaycan iqtisadiyyatının diversifikasiyası planı Niderlandın Azərbaycanla əməkdaşlıqda can atdığı məsələlərlə yaxşı uyğunlaşır. Belə ki, prioriteti iki ölkə arasında dərin əməkdaşlıq əlaqələrinin mövcud olduğu kənd təsərrüfatı, eləcə də Hollandiya şirkətləri ilə əməkdaşlıq da daxil olmaqla Hollandiya texnologiyasının və nou-haunun tətbiqi təşkil edir. Onun sözlərinə görə, hal-hazırda bütün səylər bu hədəflərə yönəldilib.

Cənub Qaz Dəhlizinin (CQD) inşasının həyata keçirilməsinə gəlincə, səfir qeyd edib ki, Niderland CQD-nin inşasına xüsusi əhəmiyyət verir. Bilavasitə onun benefisiarı olmasa da, Avropa və Niderland dəhlizin bir hissəsi olaraq öz enerji ehtiyat mənbələrini diversifikasiya etdiyindən bu, siyasi və strateji mənada çox vacibdir.

Görüşün sonunda səfir Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibədə o, ikitərəfli əlaqələrin inkişaf imkanlarına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə toxunub, həmşinin enerji əməkdaşlığının inkişafı məsələsindən söz açıb. Müsahibə ilə www.caspianenergy.net. saytında tanış ola bilərsiniz.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol