• $
  • €
  • ₽
  • ₺
  • £

Dağlıq Qarabağ yaddan çıxdı: Moskvadan Bakını QƏZƏBLƏNDİRƏCƏK BƏYANAT

Dağlıq Qarabağ yaddan çıxdı: Moskvadan Bakını QƏZƏBLƏNDİRƏCƏK BƏYANAT
16.03.2017 13:52
"Moskva Ermənistan və Türkiyənin danışıqlarına kömək etməyə hazırdır”.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov "Regional Post –Caucasus” jurnalına müsahibəsində deyib.

Lavrov qeyd edib ki, Rusiya 2007-2009-cu illərdə Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasında mühüm rol oynayırdı:

"Amma daha sonra normallaşma prosesi dayandı. Ancaq prinsipial olaraq əhəmiyyətlidir ki, tərəflər razılaşmaq və məsuliyyətli qərarları qəbul etmək qabiliyyətini nümayiş etdirdi. Əminəm ki, Ermənistan və Türkiyə aralarındakı problemləri nizama salmağa qadirdir. Bu halda çox şey onların özlərindən asılıdır. İrəvan və Ankara danışıqlar stoluna oruracağı halda, Rusiya onlara ən aktiv köməyi göstərməyə hazır olacaq”.

Rusiya xarici siyasət idarəsinin başçısı həmçinin qeyd edib ki, Avrasiya İqtisadi İttifaqının xarici sərhədinin Türkiyə-Ermənistan hissəsinin açılmasını alqışlayardı:

"Bu, şübhəsiz ki, regiona bütovlükdə xeyir verəcək”.

Qeyd edək ki, Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Kəlbəcərin ermənilər tərəfindən işğalı zamanı bağlayıb.Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, Türkiyə-Ermənistan sərhədləri yalnız Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunacağı halda açılacaq. Moskva isə zaman-zaman Ankaranın bu şərtini görməməzlikdən gələrək Türkiyə-Ermənistan münasibətlərini Dağlıq Qarabağ münaqişəsinin həllindən ayrı tutmağa çalışır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol