• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Əsədov Rusiyaya gedib

Oqtay Əsədov Rusiyaya gedib
27.03.2017 12:41
O, MDB PA-nın 25 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə, təşkilatın şura, 46-cı plenar və daimi komissiyalarının iclaslarında iştirak edəcək.

ANN.AZ/ Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlament Assambleyasının 25 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə, təşkilatın şura, 46-cı plenar və daimi komissiyalarının iclaslarında iştirak etmək üçün martın 27-də Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşüb.

Parlamentin mətbuat xidmətindən "Report”a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Kamilə Əliyeva, Rüfət Quliyev, Malik Həsənov, Mirkazım Kazımov, İqbal Məmmədov, Rüstəm Xəlilov, Elmira Axundova, Azay Quliyev, Adil Əliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

MDB PA-nın şura iclasında təşkilatın 25 illiyi ilə əlaqədar Bəyanat qəbul olunacağı gözlənilir. Şura üzvlərinin təşəbbüsü ilə "Beynəlxalq Parlamentarizm Günü”nün təsis edilməsi, təşkilata üzv ölkələrdə keçirilmiş referendum və seçkilərin nəticələri, Parlament Assambleyasının ötən ilki fəaliyyətinin qiymətləndirilməsi və digər məsələlər müzakirə olunacaq.

MDB PA-nın 25 illiyinə həsr olunan təntənəli iclasda nümayəndə heyəti rəhbərlərinin, qurumla əməkdaşlıq edən beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları gözlənilir.

Plenar iclasda 10-dan çox model qanunlar nəzərdən keçiriləcək. Qurumun daimi komissiyalarında müzakirə olunaraq təsdiq edilən məsələlərə münasibət bildiriləcək.

Səfər çərçivəsində O.Əsədovun nümayəndə heyəti rəhbərlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da dərinləşdirilməsi, MDB PA-nın gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparılacaq.

Səfər martın 28-də başa çatacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol