• $
  • €
  • ₽
  • ₺
  • £

Anar 1 milyonluq borcunu ödədi

Anar 1 milyonluq borcunu ödədi
27.03.2017 21:27
"Garant Holding" və «Garant İnşaat Sənaye” MMC-ləri kredit müqavilələri üzrə borc öhdəliklərini tam icra etdiklərindən, hazırda "Paşa Bank” ASC ilə onlar arasında hər hansı məhkəmə çəkişməsi yoxdur".

ANN.Az virtualaz.org-a istinadən xəbər veu açıqlama ilə martın 27-də bankın Korporativ Kommunikasiyalar Departamentinin nümayəndəsi Əmir Məmmədov çıxış edib.

Xəbər verildiyi kimi bu ilin yanvar ayında Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən "Paşa Bank” –ın iddiası əsasında keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Bakıdakı bir sıra daşınmaz əmlakı üzərində həbs qoyulduğu məlum olmuşdu. Məhkəmənin çıxardığı qərardadda deyilirdi ki, Anar Məmmədov həmin əmlakı girov qoyaraq bankdan kredit götürüb. Bu kredit faizləri ilə birlikdə 1 milyon 141 min manat təşkil edir. Kredit ödənilmədiyinə görə bank Anar Məmmədovu və onun şirkətlərini məhkəməyə verib, əmlakın üzərinə həbs qoyulması barədə qərar çıxarılıb.

Qərara əsasən cavabdehlər «Garant İnşaat Sənaye» MMC, «Garant Holding» MMC, «Azpod» MMC və Anar Ziya oğlu Məmmədova məxsus bir neçə əmlaka («Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllə»də yerləşən müəssisə (eyni zamanda əmlak kompleksi), «Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A» ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki «Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5» ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsi) həbs qoyulmuşdu.

Bu məsələnin "Azadlıq” radiosu tərəfindən ictimailəşdirilməsindən sonra bankın yaydığı açıqlamada deyilir ki, «məsələ hüquq normaları çərçivəsində və qanunun aliliyi şəraitində, tərəflərin qarşılıqlı anlaşmasına əsasən» öz həllini tapıb. Kredit öhdəlikləri icra edildikdən sonra «Paşa Bank» ASC ipoteka predmetləri üzərinə qoyulmuş həbsin və məhkəmə qaydasında görülmüş mühafizə tədbirlərinin götürülməsinə, eyni zamanda, iddia ərizələrinin baxılmamış saxlanılmasına dair ərizələrlə məhkəmələrə müraciət edib. Bankın «Garant Holding» MMC, «Garant İnşaat Sənaye” MMC və holdinqə daxil digər şirkətlərə qarşı iddiasına Abşeron Rayon Məhkəməsində və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb.




www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol