• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrovdan önəmli Qarabağ mesajı: "Bakı və İrəvan mövqelərini yaxınlaşdırıb"

Lavrovdan önəmli Qarabağ mesajı: "Bakı və İrəvan mövqelərini yaxınlaşdırıb"
04.04.2017 11:15
Həmsədrlərin vasitəçiliyi ilə rəsmi Bakı və İrəvan Qarabağ probleminin həlli istiqamətində mövqelərini əhəmiyyətli dərəcədə yaxınlaşdırıb. 

ANN.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. 

"Regiona sülhün qayıtmasında, orada insanların ölümünün sona çatmasında, sərhədlərin açılmasında, iqtisadi əlaqələrin bərpasında səmimi olaraq maraqlıyıq. Bunün üçün əlimzidən gələn hər şeyi edirik. Həm fərdi, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Fransa və ABŞ-la birgə həmsədrlik missiyamızı yerinə yetiririk. 

Həmsədrlərin vasitəçiliyi ilə tərəflər arasında bir sıra mübahisəli məsələlər üzrə mövqeləri yaxınlaşdırmaq mümkün olub. Münaqişənin həlli üzrə baza prinsipləri artıq razılaşdırılıb", - deyə Lavrovun "Bakinski Raboçi" qəzetində nəşr olunan məqaləsində qeyd edilib.

Eyni zamanda, Lavrov vurğulayıb ki, Azərbaycan və Ermənistan göstərilən baza prinsiplərinin həyata keçirilməsi ardıcıllığını fərqli formada görür. 

"Bununla əlaqədar əsas məsələ tərəflərə balanslı həll yolunu tapmaqda yardım etməkdir. Hesab edirik ki, Bakı və İrəvan siyasi iradə, komromisə getməyə hazır olmalarını nümayiş etdirə biləcəklər. Bu, danışıqlar prosesində nəticənin olması üçün lazımdır", - rusiyalı nazir bildirib. 

Onun sözlərinə görə, irəliləyiş üçün ən əsas şərt münaqişə zonasında gərginliyin azaldılması və onun həlli üçün güc yolundan istifadə etmək cəhdindən imtinadır: "Öz növbəsində, Rusiya münaqişəyə cəlb olunan bütün tərəflərə sərf edəcək problemin həlli varinatını dəstəkləməyə, razılıq əldə olunacağı təqdirdə isə digər həmsədr ölkələri ilə birgə nizamlanmanın qarantı kimi çıxış etməyə hazırdır".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Siyasət 12:13
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Siyasət 11:58
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Siyasət 11:43
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 10:08
Prezident deputatla bağlı sərəncam imzalayıb
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol