• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Rusiya və Azərbaycan bir-birini dəstəkləyir

XİN: Rusiya və Azərbaycan  bir-birini dəstəkləyir
04.04.2017 19:00
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə bəyanat yayıb. 
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bəyanatda aprelin 4-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin tamam olduğu vurğulanıb: "Rusiya və Azərbaycanı əsrlik dostluq ənənələri, ümumi tarix və mədəniyyət, milyonlarla insanın taleyi bağlayır. Ötən bir əsrin dörddə biri müddətində biz, bu qiymətsiz irsi qoruyub saxlamağa, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çıxartmağa nail olmuşuq. Rusiya ilə Azərbaycan arasında siyasi dialoq yüksək intensivliyi ilə xarakterizə olunur. Regionlar, parlamentlər, nazirliklər və dövlət başçıları arasında isti, qeyri-formal, güvənli və istisnasız aktiv təmaslar saxlanılır. İqtisadi və hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiya məhsuldar işləyir. Dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlərin mükəmməlləşdirilməsi və genişləndirilməsi ilə bağlı aktiv iş aparılır”.
 
Bəyanatda qeyd olunur ki, bir çox aktual beynəlxalq problemlərə eyni baxışlarla yanaşan Rusiya və Azərbaycan dünya arenasında da effektli şəkildə bir-birini dəstəkləyir: "Xoşagəlməz beynəlxalq konyuktura baxmayaraq, son illər ikitərəfli ticarət-iqtisadi fəaliyyət və investisiya əməkdaşlığı dayanıqlı inkişaf edib. Azərbaycan bazarında 600-dən çox birgə müəssisə, o cümlədən 200-ə yaxın 100 faizlik Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Hal-hazırda Azərbaycandakı Rusiya investisiyasının dəyəri təxminən 1,4 milyard ABŞ dolları təşkil edir. Rusiya və Azərbaycan arasında əməkdaşlığın prioritet sahələrindən biri də humanitar sahədir. Rusiyada 15 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır. 2010-cu ildən Azərbaycanda Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. 2015-ci ildən isə İ. Seçenov adına Moskva Dövlət Birinci Tibb Universitetinin Bakı filialı fəaliyyət göstərməyə başlayıb. 25 il ərzində ölkələrimizin əldə etdikləri önəmli nailiyyətlər Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafının xalqlarımızın köklü maraqlarının reallaşdırılmasına, iki ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə yardım edəcəyinə nikbinlik və əminlik yaradır. Bu, Cənubi Qafqazda və ondan kənarda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə birgə töhfə olacaq”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Siyasət 12:13
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Siyasət 11:58
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Siyasət 11:43
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 10:08
Prezident deputatla bağlı sərəncam imzalayıb
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol