• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: "Müəllimin şagirdi döyməsi yolverilməzdir"

Deputat: "Müəllimin şagirdi döyməsi yolverilməzdir"
21.04.2017 17:00
Dərs vəsaitlərində reklamların olması uşaqları dərsdən yayındırır

"Orta məktəblərin yaxınlığında reklamlar yerləşdilirdi. Dəftər və qələmlərin üzərində də reklamlar əks olunurdu. Hətta cizgi filmləri nümayiş olunarkən fasilələrlə reklamlar verilirdi. Bunların hamısına qadağa qoyuldu”.

"Report”un xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Aqiyə Naxçıvanlı "Uşaq hüquqları haqqında” qanununa dəyişiklik layihəsi müzakirə edilərkən deyib.

O bildirib ki, hazırda bu sahədə çox ciddi nəzarət var.

Deputat Dilarə Cəbrayılova isə çıxışında deyib ki, dərs vəsaitlərində reklamların olması uşaqları dərsdən yayındırır: "Bu cür reklamlara qadağa qoyulsa da, hələ də bu cür hallar baş verir. Bu, bizi narahat etməyə bilməz. Məktəb ətrafında reklamların yığışdırılması doğru qərardır. Bu, uşaqların müdafiəsi baxımından çox önəmlidir”.

Milli Məclisin deputat Astan Şahverdiyev bildirib ki, uşaqlara nifrət aşılana bilməz: "Ermənistanda uşaqlara nifrət aşılanır”.

Deputat şagirdlərin məktəblərdə müəllimləri tərəfindən döyülməsinə də toxunub: "Bəzən görürük ki, hansısa şagird müəllimi tərəfindən döyülüb. Bu cür hallar yolverilməzdir. Düzdür, cəza tədbirləri görülür. Amma hər uşaq, valideyn şikayət edə bilmir axı. Ona görə də uşaqları qorumaq lazımdır”.

Deputat Tahir Rzayev də çıxışında ictimai nəqliyyat vasitələrində yerləşdirilən reklamlardan şikayətlənib:
 
"Avtobusdakı reklama nəzarət etmək lazımdır. Bəzən elə açıq-saçıq reklamlar yerləşdirirlər ki... Həmin uşaqlar da o avtobusdan istifadə etdiyinə görə onlara zərərlidir”.

Qanun layihəsinin müzakirəsi davam etdirilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol