• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili prezidentə müraciət etdi

Millət vəkili prezidentə müraciət etdi
23.04.2017 19:52
Azərbaycanlı deputat Vahid Əhmədov Quba məzarlığının uçulub dağılmasının qarşısını almaq, bu erməni vəhşiliyinin canlı sübutu olan məzarlığın xüsusi qorunmasından ötrü köməklik göstərilməsi üçün prezident İlham Əliyevə müraciət edib. Ölkə başçısı deputatın qaldırdığı məsələyə  dərhal müsbət reaksiya verib.

Məlumatı İstiPressin şimal bürosuna təsdiqləyən Vahid Əhmədov  müraciətində məzarlıqdakı insan sümüklərinin çürüməsinin genişləndiyini, yeganə canlı nümunəmizin uçulub dağılmaq, məhv olmaq təhlükəsində olduğunu  qeyd edib. Millət vəkili şimal müxbirimizə yaxın günlərdə ölkə  prezdentinin  məzarlığın xüsusi mühafizə olunmasının təmin edilməsi, burada şüşəli muzey yaradılmasının təşkili məqsədilə xüsusi sərəncam imzalayacağının gözlənildiyini bildirib. 
Vahid Əhmədov müraciətinə müsbət reaksiya verdiyinə görə prezident İlham Əliyevə təşəkkür etdi, hazırda ölkə başçısının tapşırığına əsasən müvafiq qurum və nazirliklərin rəsmilərinin birgə iş apardığını dedi.

Quba soyqırımı ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev Mədəniyyət və Turizm Nazirliyininə xüsusi arayış hazırladığını, prezidentin məsələyə qarışması ilə 10 ildir qaldırdığı məsələnin artıq həll olunmaq üzrə olduğunu vurğulayıb. 

Onu da qeyd edək ki, Quba məzarlığının qorunması, burada ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş dinc insanların uyuduğu məzarlığın dağılma təhlükəsinin olması barədə ANS-in fəaliyyəti dövründə və İstiPress-də  də bir neçə dəfə videosüjetlər və yazılar vermişik.
Məsələnin həllində müsbət addımın atılmasına, Quba məzarlığı tapıldığı vaxtdan ilk süjet verən və indiyədək bu məsələni özünün prioritet mövzusu  hesab edən mətbuat təmsilçisi kimi , mən də çox sevinirəm və cənab prezidentə təşəkkür edirəm.




www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol