• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Qarabağ üçün ayağa qalxdı

Ermənilər Qarabağ üçün ayağa qalxdı
22.05.2017 11:12
Cəbhədə gərginlik davam edir və düşmən tərəfi hər keçən gün daha böyük itkilər verir. Mayın 20-də atəşkəsi pozan erməni hərbi birləşmələri daha bir itki verdi. Ermənistan mediası əsgər Karen Danielyanın aldığı güllə yarasından öldüyünü açıqladı.

Anews.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan cəmiyyəti artan itkilər fonunda rəsmi İrəvanı sülhə çağırır.

Erməni jurnalist Sarqis Arsruni yazır ki, münaqişə Ermənistanı blokadaya salıb, iqtisadiyyat iflic olub: "Bunun əvəzini bizim gənclərimiz ödəyir. Cəmiyyətdə və orduda mənəvi-psixoloji boşluq hökm sürür. Artıq bu həqiqətdir ki, itkilərin qarşısını yalnız sülh ala bilər. Lakin sülh üçün şərait yoxdur. Ermənistanda hakimiyyət müharibə fəlsəfəsindən öz uzun ömürlülüyünü təmin etmək üçün istifadə edir. Həmçinin, dünyada da sülh üçün zəmin yoxdur. Tramp başqa işlərlə məşğuldur, Avropanın başı öz daxilinə qarışıb və bizim ümidimiz yalnız Rusiyaya qalıb. Rusiya da birinci prezident Levon Ter-Petrosyanın təklif etdiyi şərtləri irəli sürür. Moskva məsələnin həllini "Lavrov planı” (ərazilərin çox hissəsinin qaytarılmasını nəzərdə tutan təkliflər - red.) çərçivəsində görür”.

Erməni jurnalist qeyd edir ki, bütün bunların fonunda Ermənistan hakimiyyətinin davranışı da faciəlidir.

"Cəbhədə döyüşlər gedir, gənclərimiz ölür, hakimiyyət isə içki məclislərində kef edir. Etiraf etməliyik ki, gənclərimizin ölümündə hakimiyyətin də böyük payı var”, - deyə o vurğulayıb.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol