• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıya qaçıb, Xocalı abidəsində baş əyən erməni

Bakıya qaçıb, Xocalı abidəsində baş əyən erməni
29.05.2017 10:20
Ermənistan və Azərbaycan Sülh Platformanın iştirakçısı olmuş, hazırda Ukrayna ərazisində gizlənən Vahan Martirosyan, erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa daxil olub, xalq diplomatiyasına qarşı silsilə bəyanatlarla çıxış edib. Bu, Sarkisyan rejiminin işğalçılıq siyasətinin əsl niyyətlərini bir daha ortaya qoyur, hansı ki, bütün üsullarla Azərbaycan siyasi rəhbərliyinin xalqların barışığına və Qarabağda sülhün bərqərar olmasına yönəldilmiş istənilən səylərini əngəlləyir.

"Ermənilər deyirlər ki, Qarabağ kədər və fəlakətdən başqa heç nə verməyib"


Ermənistan hökuməti vətəndaş diplomatiyasının səylərini dəstəkləmək əvəzinə, öz gizli xidmətlərinin əli ilə sülh qrupunun iştirakçılarından birini ələ alaraq, bütün səylərini sülh təşəbbüsünün dağıdılmasına yönəldib.

İstiPress-in "virtualaz"a istinadla verdiyi məlumata görə, bu bəyanatla məşhur erməni hüquq müdafiəçisi Vahe Avetyan çıxış edib.

V.Avetyan öz "Facebook" səhifəsində erməni xüsusi xidmət orqanlarını cəlb edilmiş aktivist Vahan Martirosyan vasitəsi ilə təxribatlarda ittiham edib. "Vahan Martirosyanın çıxışları yaxşı quraşdırılıb. Rus dilinə tərcümə olunmuş versiyada əhəmiyyətli bir hissə yoxdur – Martirosyan danışır ki, erməni xüsusi xidmət orqanları onu sülh qrupuna daxil edərək düşmənin arxasına göndərib.

Bu əclaf aylardır arxamca mənim haqqımda, qızım, uşaqlarım barəsində iyrənc şeylər danışır, şər atır və Platformanı, onun iştirakçılarını biabır edir. Bu haqda mən yalnız bir həftə öncə bildim, məndən hətta dostlar da gizlədirdilər ki,"məyus olmayım". Bu çekisti tutun!" – deyə hüquq müdafiəçisi öz müraciətində yazıb.

"Azərbaycan-Ermənistan Sülh Platformasının yaradılmasının birinci günündən, Vahan Martirosyanla tanış olandan sonra mənə aydın oldu ki, o, pula görə işləyir. O, çoxlarını şantaj edir, bizim işimizə pəl vurmağa çalışır və Platformanın üzvləri arasında intriqa yaradırdı. O məndən daim pul xahiş edirdi. Görünür, güman edirdi ki, Azərbaycanda sülhməramlılıqda iştirak üçün mənə nəsə ödəyiblər".
Azərbaycan və Ermənistan xalqlarına müraciət


Bunu isə Platformanın aktiv iştirakçılarından biri, bu yaxınlarda Bakıda olmuş Erik Xaçaturov deyib.

"Platformamızın başqa üzvləri ilə danışıqlardan anladım ki, Vahan Martirosyan başqa insanlarla münasibətdə də elə hərəkət edib. O yalnız Azərbaycan xalqına yox, həm də Ermənistan xalqına, hansı ki, sülh içində yaşamağa ehtiyac duyur, ziyan vurub.

Biz qonşuyuq, əvvəl də qonşu olmuşuq, bundan sonra da qonşu olacağıq və sülh prosesinin reallaşdırması nə qədər sürətlə və daha müvəffəqiyyətlə gedəcəksə, bizim torpaqlarımızda sülh və sabitlik də bir o qədər tez bərqərar olacaq. Əgər bizim Platformamızın hədəfləri Vahanın maraqlarına cavab vermirsə, qoy o öz yolu ilə getsin".


Ermənistanda təqib olunduğu üçün təxminən iki il əvvəl  Azərbaycana sığınan və haqqin.az saytı üzərindən Serj Sərkisyanın cinayətkar rejimini ifşa edən, Bakıda Xocalı abidəsi qarşısında baş əyib bu insanlıq cinayətinə görə ermənilər adından üzr istəyən Vahan Martirosyan dünən "peşimançılıq bəyanatı” yayıb. 

Və belə məlum olur ki, Martirosyan iki ilə yaxın Azərbaycanın çörəyini yeyib suyunu içəndən sonra birdən səhv etdiyini başa düşüb və "erməni olduğunu” dərk edib. Əlbətdə, Martirosyan əsl erməni kimi də hərəkət edib və iki ilə yaxın çörəyini yediyi Azərbaycana arxa çevirib, "Azərbaycanın işğalçılıq siyasəti” haqda boşboğazlıq edərək bu dəfə Ermənistan hakimiyyətindən aman diləyib.

Adıçəkilən erməni 2015-ci ildə həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana gəlib. Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri V. Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana gəlib.

O, üçüncü ölkəyə yola salınıb. 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol