• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda döyüşəcək yeni ölkələr

Qarabağda döyüşəcək yeni ölkələr
17.06.2017 12:50
Ermənistanda Azərbaycanla bağlı yeni həyəcan dalğası başlayıb

Azərbaycan və Avropa Birliyi öz aralarında strateji tərəfdaşlıq sazişi bağlamağa yaxınlaşması ermənipərəst qüvvələri ciddi narahat edir.

İstiPress-in məlumatına görə, Ermənistanda dərc olunan KİV-lər böyük ümidlə Rusiyanın məsələyə müdaxilə edərək bu işi dayandıracağından yazırlar. Məsələn, Ermənistanın "Tert.am” portalı məsələ ilə bağlı ukraynalı publisist Vitali Portnikova müraciət edib və bu sazişə mane olmağına yollarını öyrənib.

Ukraynalı publisist isə məsələyə Ermənistanın təcrübəsi prizmasından yanaşıb və 3 il öncə Ermənistanın Avropa Birliyi ilə strateji tərəfdaşlıq sazişindən imtina edərək  Moskvanın patronajı altında qurulan Avrasiya İttifaqını seçməsini xatırladıb.

"Ermənistan siyasi səhv buraxdı və Avropa Birliyi ilə sazişi imzalmadı. İndi Avropa Birliyi öz əməkdaşlıq spektrini genişləndirməkdə davam edir və Azərbaycanın növbəsi çatıb”,- deyən Portnikov Moskvanın Azərbaycana mane ola biləcəyini vurğulayıb.

2 aprel 2016-cı ildə Azərbaycan ordusunun Ermənistan işğalından azad etdiyi ərazilər
Artıq Avropada ermənilərin cavabını verməyə başlayıb. Bu istiqamətdə ilk addımı 2016-cı ildə baş vermiş aprel döyüşlərindən sonra kömək üçün müraciət etmiş Ermənistan prezidenti Serj Sarkisyanı Berlin səfərindən məyus qaytarmış Angela Merkel atmışdı. Merkel görüşdən sonra keçirilmiş mətbuat konfransında açıq vurğulamışdı – münaqişənin həlli ərazi bütövlüyünün dəyişməzliyi prinsipi əsasında həyata keçirilməlidir.

İndi isə Avropa Birliyinin təmsilçiləri bu fikri daha da dərinləşdirirlər və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqların öz müqəddaratını müəyyən etmək prinsipindən danışmağın yersiz olduğunu vurğulayırlar. Bu fikri Almaniyanın Boxum universitetinin beynəlxalq hüquq üzrə professoru Hans-Yoaxim Xaynse Rusiyanın "Vestnik Kavkaza” portalına müsahibəsi zamanı bildirib.

"Qarabağda yaşayan erməniləri heç cür ayrı xalq saymaq olmaz. Buna görə hansısa  öz müqəddaratını müəyyən etmək hüququqna istinad onlarla bağlı keçərli deyil”,- deyə Hans-Yoaxim Xaynse vurulayıb.

Onun sözlərinə görə, Qarabağ erməniləri Azərbaycan ərazilərinin sakinləri kimi öz öhdəliklərini yerinə yetirməlidirlər: "Şəksiz ki, hansısa muxtariyyət formasından danışmaq olar, çünki bu əhali qrupu müəyyən ərazidə yığcam yaşayır. Onların həm yerli inzibatçılığa və idarəetməyə, həmçinin Azərbaycanın siyasi həyatında iştiraka hüququ var”.

Alman alim Azərbaycanın neçə illərdir ki, təkrarladığı sözləri deyir. Atalar demişkən, haqq nazilər üzülməz. Əgər Azərbaycan kimlərinsə təzyiqi altında öz haqqından imtina etməzsə, gec-tez onu bütün dünya da qəbul edər.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol