• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyadan Qarabağda müharibə anonsu

Rusiyadan Qarabağda müharibə anonsu
19.06.2017 11:20
Düşmən təxribatı nəticəsində cəbhədə vəziyyət qaynar olaraq qalır. Erməni hərbi birləşmələrinin təxribat hücumu nəticəsində ordumuz bir şəhid verdi. Cavab atəşi isə Ermənistan üçün ağır itkilərə gətirib çıxartdı. 6 erməni hərbçi məhv edildi, bununla yanaşı, ağır yaralı olan əsgərlər var, hansı ki, onlar İrəvan hospitallarına köçürülüb.

Publika.az xəbər verir ki, bütün bunlar Qarabağda yeni müharibənin başlaması risklərindən xəbər verir.

Rusiyalı jurnalist Mixail Belyayev hesab edir ki, 2017-ci ilin yayı Dağlıq Qarabağda çox "isti” olacaq.

Onun sözlərinə görə, cəbhədə baş verənlər və müxtəlif beynəlxalq ekpertlərin proqnozları da bunu deməyə əsas verir.

Belyayev hesab edir ki, cəbhədə baş verənlərin xronologiyası Azərbaycanın sərt cavab verdiyini göstərir: "Azərbaycanın müdafiə naziri Zakir Həsənov xəbərdarlıq etmişdi ki, "bir şəhidimizin əvəzini düşmən çoxsaylı itkilərlə ödəyəcək”. Erməni separatçılarının təxribatı ilə Azərbaycan bir şəhid verdi, əvəzində erməni hərbi birləşmələri çoxsaylı itkilərlə üzləşdi”.

Rusiyalı jurnalistə görə, cəbhədə baş verənlər ilk növbədə Ermənistan hakimiyyəti üçün başağırısına çevriləcək.

Onun fikrincə, ötən ilin aprel uğursuzluğundan çıxa bilməyən Ermənistanın itkiləri getdikcə daha da çoxalır.

"Sarkisyan Ohanyanı istefaya göndərdi və Viqen Sarkisyanı müdafiə naziri təyin etdi. Viqen müəyyən səylərə əl atır, lakin statistika göstərir ki, erməni ordusunda vəziyyət acınacaqlıdır. Misal üçün, bu ilin başlanğıcından indiyə kimi erməni hərbi birləşmələri 30 hərbi qulluqçusunu (onların arasında polkovnik, mayor, kapitan rütbəli zabitlər də var) itirib. Bu rəsmi məlumatdır, lakin real statistikanın gizlədildiyi də məlumdur. Bununla yanaşı, Azərbaycanın ağır zərbələri nəticəsində Ermənistan bir sıra vacib hərbi texnikasını itirib”, - deyə o bildirib.

Belyayev Qarabağda yeni müharibə riskinin qaldığını da diqqətə çatdırıb.

Rusiyalı hərbi ekspert Aleksandr Xramçik isə Qarabağda müharibənin zəruri olduğuna əmindir.

Onun sözlərinə görə, tərəflər faktiki olaraq müharibəyə hazırlaşır və bu, gec-tez baş verəcək.

"Hələlik genişmiqyaslı müharibə yoxdur, lakin toqquşmalar davam edəcək. Mən müharibədən başqa heç bir variant görmürəm”, - deyə o bildirib.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol