• $
  • €
  • ₽
  • ₺
  • £

Əsgərlərlə bağlı yenilik

Əsgərlərlə bağlı yenilik
25.06.2017 20:18
"www.esgeremektub.com” saytı vasitəsi ilə vәtәndaşların yazdığı mәktublar әsgәrlәrә çatdırılıb.
 
APA-nın Qarabağ bürosunun məlumatına görə, mәktublar bir qrup tanınmış jurnalist vә keçmiş döyüşçülәrdən əsgərlərə ünvanlanmış məktublar olub.
 
Bu məktubların ilk sahiblәri isә Füzuli istiqamәtindә Sәrhәd Qoşunlarının Qazaxlar Sәrhәd Zastavasının әsgәr vә zabitlәri olub. Görüşdә iştirak edәn layihә rәhbәri Arif Şәmistanlı APA-ya açıqlamasında bildirib ki, qısa müddәt әrzindә 2000 nәfәrәdәk soydaşımız әsgәrlәrә mәktub ünvanlayıb.
 
A. Şəmistanlı vәtәndaşlardan gәlәn mәktublara xüsusi diqqәtlә yanaşıldığını söyləyib: "Hәr bir mәktubu ünvanına çatdıracağıq. İnsanlarımızın göstәrdiyi diqqәtdәn belә qәrara gәlmişik ki, bu layihә uzunömürlü olacaq”.
 
Tәdbirdә çıxış edәn millәt vәkili Aydın Hüseynov deyib ki, Azәrbaycan xalqının qәlbi sәrhәddә vә sәngәrdә Vәtәnin keşiyini çәkәn Azәrbaycan ordusuyla döyünür.
 
Keçmiş döyüşçü, hәrbi ekspert Üzeyir Cәfәrov bu gün sәrhәdçilәrin keşiyindә durduğu Füzuli rayonunun işğaldan azad edilmәsindә iştirak etdiyini bildirib. Ü. Cəfərov bu sәbәbdәn  əsgərlərə yazılan mәktubların ünvanına çatdırılmasında xüsusi hәvəslə iştirak etdiyini qeyd edib.
 
Tədbirdə APA TV nin әmәkdaşı İlqar Rәsul, İlham Tumas  keçmiş döyüşçü jurnalist Rey Kәrimoğlu, hәrbi jurnalist Teymur Zahidoğlu da iştirak edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol