• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı general: Ermənilər müharibəni yaxınlaşdırırlar

Azərbaycanlı general: Ermənilər müharibəni yaxınlaşdırırlar
05.07.2017 10:40
"Ermənilər həmişə mülki insanlara atəş açıblar, dinc əhalini qətlə yetiriblər. Yaşayış obyektlərini, yaşlı insanları, qadınları, körpələri gülləbaran etmələri ermənilərin dədə-baba adətləridir. Amma bizimkilər heç zaman belə hərəkət etməzlər. İndi də Füzulidə insanları qətlə yetirməklə növbəti dəfə təxribata əl atıblar.

Düzdür, ordumuz da ermənilərə kəskin şəkildə cavab verib. Ermənilər ordumuzu onların hərbi obyektlərinə cavab zərbələri endirməyə və onları susmağa vadar ediblər. Ermənilər özləri bununla müharibəni yaxınlaşdırırlar. Bizim haqqımız var ki, hər an bu müharibəni başlayaq, bununla onlar bizim haqqımızı bir az da gücləndirirlər”.

Oxu.Az xəbər verir ki, bunu milli.az-a açıqlamasında sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov ötən gün Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunda mülki əhalini və mülki obyektləri atəşə tutması və günahsız insanları qətlə yetirməsi hadisəsini şərh edərkən deyib.

General ermənilərin ciddi-cəhdlə Azərbaycanı bilərək müharibəyə sövq etmələrinin səbəblərini belə açıqlayıb: "Bəli, onlar bunu bilərəkdən edirlər. Düzdür, Ermənistan bilir ki, bu müharibədə məğlub olacaq.

Ancaq indiki məqamda onların marağı danışıqları uzatmaqdır. Çünki arxayındırlar ki, himayə edənləri müharibənin dərinləşməsinə imkan verməyəcəklər, Azərbaycana mane olacaqlar. Amma erməni ictimaiyyətinə özlərini elə göstərirlər ki, guya güclüdürlər. Guya Azərbaycan tərəfi atəş açır və onlar cavab verirlər, cəbhədə vəziyyət gərgindir. Qısası, bununla öz zibillərini ört-basdır etmək, daxildə stabilliyi qorumağa çalışırlar. Çünki bilirlər ki, ölkədə Ermənistan iqtidarına qarşı hər an onların hakimiyyətinə son qoya bilən kütləvi etiraz başlaya bilər”.

Qeyd edək ki, iyul ayının 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 10:08
Prezident deputatla bağlı sərəncam imzalayıb
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol