• $
  • €
  • ₽
  • ₺
  • £

Fransalı senator: Dağlıq Qarabağ problemi dondurulmuş münaqişə deyil, işğaldır

Fransalı senator: Dağlıq Qarabağ problemi dondurulmuş münaqişə deyil, işğaldır
05.07.2017 17:20
Beynəlxalq ictimaiyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün cəsarət və iradənin olmaması yenə də azərbaycanlıların qanının axıdılmasına səbəb oldu.

anews.az xəbər verir ki, bunu Trend-ə Fransa senatoru, Senatın Xarici işlər komitəsinin sədr müavini Natali Qule deyib.

N.Qule qeyd edib: "Ölkə öz ərazilərinin 20 faizinin qeyri-qanuni işğalına nə vaxta qədər dözməlidir? Hələ nə qədər ölüm faktı olacaq?”

Senator ölənlərin ailələrinə, həmçinin öz torpaqlarını azad etmək uğrunda cəsarətlə mübarizə aparan Azərbaycan xalqına başsağlığı verib: "Mən qaçqın və məcburi köçkünlərlə həmrəy olduğumu bildirirəm və onları əmin edirəm ki, biz problemin həlli üzərində işləyəcəyik”.

Onun sözlərinə görə, artıq hamı Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş münaqişə olması barədə eşitməkdən yorulub: "Bu, dondurulmuş münaqişə deyil, işğaldır”.

Fransalı senator həmçinin qeyd edib ki, Bakının bəyan etdiyi kimi, Ermənistana qarşı sanksiyalar, nəhayət, tətbiq edilməlidir: "Hesab edirəm ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasını bu vəziyyətin müzakirə edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə birgə təcili iclas keçirməyə çağırmalıdır”.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də, saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol