• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Parlamentinin üzvləri: "Ermənistanın hərbi cinayətləri qorxaqlığındandır"

Avropa Parlamentinin üzvləri: "Ermənistanın hərbi cinayətləri qorxaqlığındandır"
07.07.2017 09:20
"Ermənistanın Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi hərbi cinayət nəticəsində iki mülki vətəndaş qətlə yetirilib. Biz təxribat qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk və Azərbaycan xalqına dəstəyimizi ifadə edirik".
 
APA-nın Azərbaycanın Belçika Krallığındakı səfirliyinə istinadən məlumata görə, bu barədə Avropa Parlamentinin deputatları Raşida Dati (Fransa, Avropa Xalqlar Partiyası), İveta Qriqule (Latviya, Avropa naminə Liberallar və Demokratların Alyansı -ALDA) və İvo Vayqlın (Sloveniya, ALDA) cəbhə xəttində baş verən son hadisələrlə əlaqədar birgə bəyanatında bildirilir.
 
Bəyanatda həmçinin bildirilir:
 
"İnsan ölümü və zorakılıq hallarına son qoyulmalıdır. Münaqişələrin nizamlanması prosesində  yalnız beynəlxalq hüquq normalarına hörmət edilməsinə üstünlük verilməlidir. Zorakılıq həll üsulu kimi seçilməməlidir.
 
ATƏT-in Minsk Qrupu həmsədrləri  hər iki tərəfdən hərbi əməliyyatları dayandırmağa çağırıb və biz ATƏT-i Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc vətəndaşların qorunması baxımından daha dəqiq bir öhdəlik götürməsinə çağırırıq.
 
Avropa siyasətçiləri olaraq, biz həmçinin Ermənistandan əsassız və qeyri legitim siyasi məqsədlər üçün mülki şəxsləri və girov götürülmüş insanları hədəf kimi istifadə etməyə son qoymağı tələb edirik. Bu nəinki qeyri qanunidir, bu - qorxaqlığın təcəssümüdür”, - deyə bəyanatda deyilir.   

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 10:08
Prezident deputatla bağlı sərəncam imzalayıb
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol