• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin yaraladığı Sərvinaz Quliyevadan XƏBƏR VAR

Ermənilərin yaraladığı Sərvinaz Quliyevadan XƏBƏR VAR
07.07.2017 11:24
Ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva bu gün Horadiz şəhər xəstəxanasına köçürüləcək
 
 
Bu barədə Publika.az-a açıqlamasında Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov məlumat verib.
 
 
Onun sözlərinə görə, S.Quliyeva ilə bağlı keçirilən konsilium nəticəsində bu qərar verilib: "Bizim xəstəxana Zobucuq qəsəbəsində yerləşir, onun yollarında təmir işləri aparıldığından Sərvinaz Quliyevanı Horadiz şəhər mərkəzi xəstəxanasına köçürməyi məsləhət bildik. Çünki çoxsaylı qəlpə yaraları alıb, yoldakı narahatlıq pis təsir edə, qanaxmaya səbəb ola bilər. Horadiz xəstəxanasında onun müalicəsi davam etdiriləcək. Hesab edirəm ki, qısa zamanda onu evinə yaza biləcəyik”.
 
 
Baş həkim hazırda S.Quliyevanın vəziyyətinin normal olduğunu dedi: "Vəziyyəti stabildir. Bizim xəstəmizi operativ şəkildə əməliyyat alıb, müalicəsini yüksək səviyyədə təşkil etdiklərinə görə Hərbi Hosbitala da təşəkkür edirik”.
 
 
Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 10:08
Prezident deputatla bağlı sərəncam imzalayıb
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol