• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov ermənilərlə ən böyük toqquşmadan danışdı

Zakir Həsənov ermənilərlə ən böyük toqquşmadan danışdı
14.07.2017 10:04
Ermənistan silahlı qüvvələri ilə ən böyük toqquşma 2016-cı ilin aprel ayında baş verdi. Buna səbəb Azərbaycan mülki vətəndaşlarının atəşə tutulması idi.
 
Həmin vaxt, aprelin 1-də, erməni qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtər rayonunda avtomobildə bir ailənin bütün üzvləri həlak olmuşdu.

anews.az-ın məlumatına görə, bu barədə "RİA Novosti”yə müsahibəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov deyib.

"Əlbəttə ki, bu barədə mənə məruzə etdilər. Saat təxminən 10-11 arası idi. Ermənilərin atəş nöqtələri yüksəkliklərdə yerləşdiyi üçün onlar bütün kəndi və ətraf ərazini görürdülər. Mən düşmənin uzaqlaşdırılaraq geri atılması üçün tədbir görülməsinə göstəriş verdim. Biz irimiqyaslı müharibəyə başlamaq niyyətində deyildik.

Azərbaycan ordusunun təxminən 15-20 faizi əməliyyatlara cəlb olunmuşdu. Mən hətta ehtiyat və artilleriya qüvvələrini cəbhə xəttinə çəkmədim. Ordu qarşıya qoyulan tapşırığı yerinə yetirdi. Ermənistan buna elə reaksiya verdi ki, sanki müharibə başlayıb. Onlar silahlarını ataraq qaçdılar. 

Yerevandan əlavə qüvvələr cəlb olundu. Üç gün onlar bizim mövqeyimizi atəşə tutdular. Baxmayaraq ki, artıq ikinci gündən özləri Rusiyanın müvafiq strukturlarına vasitəçiliklə bağlı müraciət etmişdilər.

Misal üçün, mənə Rusiya müdafiə naziri Sergey Şoyqu zəng vurmuşdu. O, "bu işi dayandırmaq lazımdır ” demişdi. Həmçinin Rusiya Baş Qərargahının rəisi Valeri Qerasimov da mənimlə əlaqə saxlamışdı.

Sonradan məlum oldu ki, erməni tərəfi vaxt udaraq bizə zərbə endirmək istəyir. Lakin bu da onlarda alınmadı. Biz qarşıya qoyulan hədəfə çatdıq -  iki strateji yüksəkliyi azad etdik. Onların bizim üçün mühüm əhəmiyyəti var. Bu Lələtəpə və Talış yüksəklikləridir. 

Qeyd edim ki, son vaxtlar təmas xəttində gərginlik yenidən artıb. Bunun bir səbəbi var - Azərbaycan torpaqlarını işğalı. Digər səbəblər - bunun nəticəsidir. 

Əlbəttə ki, iki ordu üzbəüz dayananda toqquşmalar baş verir. Bu normal haldır. Lakin mülki vətəndaşların məqsədyönlü şəkildə atəşə tutulması - cinayətdir”, - nazir deyib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol