• $
  • €
  • ₽
  • ₺
  • £

“Zakir Həsənovun fikirləri Rusiyanın özünə də ciddi mesajdır” – Polkovnikin şərhi

“Zakir Həsənovun fikirləri Rusiyanın özünə də ciddi mesajdır” – Polkovnikin şərhi
14.07.2017 14:45
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Rusiyanın "RİA-Novosti” agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər geniş rezonans doğurub.

Yenicag.Az xəbər verir ki, general-polkovnik Zakir Həsənov həmin müsahibəsində 2016-cı il aprel döyüşləri, Ermənistanın əldə etdiyi "İsgəndər” raketlərinin zərərsizləşdirilməsi, Azərbaycan Ordusunun işğalçı ölkəni cəmi 3 gün ərzində diz çökdürmək gücündə olması və digər mühüm məqamlara toxunub.

Müdafiə nazirinin müsahibədə səsləndirdiyi əsas fikirlər sırasında danışıqlar prosesinin nəticə vermədiyini və hərbi əməliyyatların yenidən bərpa olunmasının mümkünlüyünü ən qəti şəkildə bəyan etməsi xüsusi yer tutur. O, Azərbaycanın öz ərazi bütövlüyünü mütləq bərpa edəcəyini əminliklə bildirib.

Azərbaycan müdafiə nazirinin bu müsahibəsi istər ölkə daxilində, istərsə də kənarda rəsmi Bakının Qarabağ münaqişəsinin həllinə dair mövqeyinin sərt ifadəsi kimi qiymətləndirilib.

Zakir Həsənovun qeyd olunan fikirlərini Yenicag.Az-a dəyərləndirən polkovnik Şair Ramaldanov hesab edir ki, müdafiə nazirinin söylədikləri Azərbaycanın dünyaya qəti mesajı kimi qəbul edilə bilər:

"Əslində, müdafiə naziri general-polkovnik Zakir Həsənovun müsahibəsində səsləndirilən fikirləri Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə ən qəti şəkildə bəyan edib.

Zakir Həsənov isə müdafiə naziri olaraq, o məsələləri detallı formada, hərbçi yanaşması ilə təqdim edib. 

Onun ötənilki aprel döyüşləri ilə bağlı söylədikləri təbii ki, reallıqdan irəli gəlir. O zaman məhz Rusiyanın vasitəçiliyi ilə əməliyyatlar dayandırıldı və iki ölkənin Baş Qərargah rəisləri Moskvada müqavilə imzaladılar.

Nazirin Ermənistandakı "İsgəndər” raketləri ilə bağlı dedikləri də reallıqdan irəli gələn mövqedir. Həqiqətən də, Azərbaycanın arsenalında olan müasir raket sistemləri "İsgəndər”ləri zərərsizləşdirməyə tam imkan verir. Yəni Ermənistan bilməlidir ki, çox güvəndiyi həmin raketlər onu müdafiə etmək gücündə deyil.

Zakir Həsənovun Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxartmaq üçün vurğuladığı 3 günlük müddət də reallığı əks etdirir. Hər halda Azərbaycanın bir hərbi birləşməsinin gün ərzində 20 kilometr irəliləyə biləcəyini nəzərə alsaq, o zaman bütün cəbhə boyu işğal edilmiş ərazilərin dərinliklərinə keçmək üçün 3 gün yetərlidir. Azərbaycan ordusu bu döyüş tapşırığını yerinə yetirmək iqtidarındadır.

Müdafiə nazirinin müsahibəsindəki əsas detallar sırasında onun danışıqlar prosesinin hələ də nəticə vermədiyini və Azərbaycanın öz ərazilərini hərbi güc yolu ilə azad etmək imkanında olduğunu qeyd etməsidir. Yəni Zakir Həsənovun o fikirləri bütün dünyaya, o cümlədən Minsk qrupunun həmsədri olan Rusiyanın özünə də mesaj sayılmalıdır. Bu, o deməkdir ki, Azərbaycan nəticəsiz danışıqların daha uzun müddət davam etməsinə dözmək niyyətində deyil. Ona görə də beynəlxalq vasitəçilər Ermənistana işğalçılıq siyasətinə son qoyması üçün təzyiqləri artırmalıdırlar. Əks halda, bu məsələni Azərbaycan ordusu həll edəcək”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol