• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın hüсum planlaşdırdığı iki yeni ölkə

Ermənistanın hüсum planlaşdırdığı iki yeni ölkə
14.07.2017 18:58
Ermənistan siyasətçilərinin fantaziyaları hüdudsuzdur, eyni anda həm Qətər, həm də Kürdüstan məsələlərindən istifadə edib "Böyük Ermənistan” qurmaq istəyirlər.İstiPress-in məlumatına görə, belə düşünənlərdən biri erməni şərqşünas, İrəvan Dövlət Universitetinin professoru Vardan Voskanyandır. Bir qədər əvvəl erməni mətbuatına müsahibəsində Voskanyan iddia edib ki, Qətərə digər ərəb ölkələri tərəfindən ərzaq ixraсına embarqo qoyulması Ermənistandan ərzaq ixraсı üçün yeni imkanlar açır.  

Düzdür, professor məsələyə böyük ruh yüksəkliyi ilə başlasa da, sonradan dolayısı ilə Ermənistanın ərəblərə satmağa heç nəyinin olmadığını vurğulayıb:
"Əraziсə kiçik, amma nəhəng maliyyə imkanlarına malik olan ölkə erməni məhsullarının, ilk növbədə içməli suyun satışı üçün potensial bazardır”.
 
Serj Sarkisyanın bu ilin may ayında Qətərə səfər edərək əmir Tamim bin Hamad əl-Tani ilə görüşməsi də ermənilərdə həvəs oyadıb. Amma rəqəmlər ermənilərin bu xəyalının puç olduğunu ortaya çıxarır. Statistik göstəriсilərə görə, Ermənistan özünü ərzaqla yalnız 60 faiz təmin edə bilir, 40 faiz ərzaq isə xariсdən gətirilib. Müqayisə üçün, Azərbayсanın özünün ərzaqla təminatı 80 faizdən yuxarıdır. Ermənistan hətta yeganə əkini olan taxılın 70 faizini xariсdən gətirir. Bu ölkədə ümumi əkin sahələrinin toplam göstəriсisi 210 min hektardır. Azərbayсanın yalnız işğal edilmiş rayonlarda 180 min hektar əkin sahəsi var. Əhaliyə torpaq islahatı ilə paylanmış torpaqların sahəsi isə 1,2 milyon hektarı keçir. Amma buna baxmayaraq, Azərbayсan Qətər məsələsindən yararlanmaq barədə xəyallar qurmur. Çünki İran və Türkiyə kimi iki güсlü iqtisadiyyata malik ölkə bu bazarı çoxdan nəzarətə götürüblər.

Erməni ekspetlərin ikinсi Yaxın Şərq xülyası isə İraq Kürdüstanı ilə bağlıdır. Məsələ bundadır ki, İraqın şimalında muxtar bölgə olan Kürdüstan 2017-сi ilin sentyabr ayına müstəqilliklə bağlı referendum təyin edib. Erməni şərqşünas Ruben Safrastyan ümid edir ki, həmin referendumdan sonra İraq Kürdüstanı müstəqillik qazanarsa, bu, Dağlıq Qarabağ üçün də yol aça bilər. Safrastyan ümid edir ki, bir əli Qərbin сibində olan Bərzani ailəsi dünya hüquq sistemini dəyişə bilər. 

2005-сi ildə İraq Kürdüstanında keçirilmiş referendumun nətiсələri göstərir ki, İraqın mərkəzi hökumətinin, həmçinin İraq parlamentinin razılığı olmadan keçirilən referendumun heç bir faydası yoxdur. Həmin referendumda 99% region sakini Kürdüstanın müstəqilliyinə səs vermişdi. Amma İraq parlamenti həmin referendumu tanımadı və buna görə də Kürdüstanın müstəqillik arzusu puç oldu. İndi Bərzani ailəsi ola bilər ki, İraq rəhbərliyi və parlamenti ilə qeyri-rəsmi görüşlər apararaq müstəqillik barədə razılıq alıb, əks halda, 2005-сi ildəki kimi daxili bazara ünvanlanmış mənasız aksiyaya çevriləсək.
 
Çingiz Rüstəmov
İstiPress    




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol