• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni helikopterini məhv edən hərbçimiz ordudan getdi

Erməni helikopterini məhv edən hərbçimiz ordudan getdi
22.08.2017 23:17
Erməni helikopterini məhv etməklə məşhurlaşan hərbçimiz ordudan gedib.

Bu barədə Femida.az - a İlkin Muradovun özü məlumat verib. O, Silahlı Qüvvələrdən getməsini müddətinin bitməsi ilə əlaqəli olduğunu bildirib. 

"Bundan sonra mülki həyatda Vətənə xidmət edəcəyəm”, deyən çavuş bu illərdə orduda xidmət etməyindən qürurlandığını da bildirib.

İlkin Muradov iki bacının tək qardaşıdır. Əsgər kimi 2008-2010-cu illərdə xidmət edib. 2014-cü ildə yenidən hərbi xidmətə gəlib. İki ay kurs keçdikdən sonra zenitçi ixtisasına yiyələndikdən sonra çavuş rütbəsində xidmətə başlayıb.
Mahir zenitçi kimi yetişmiş çavuş İlkin Muradov həm kurs keçdiyi müddətdə, həm də sonrakı aylarda çox sevdiyi "İqla" daşınan zenit-raket kompleksindən sərrast atış qaydalarını mükəmməl mənimsəyib.

2014-cü ilin noyabrında düşmənin Mi-24 tipli döyüş helikopterini məhv etdiyinə görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İlkin Məmməd oğlu Muradov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.O, xalq arasında "vur, komandir, vur” ifadəsi ilə məşhurlaşıb.Bu xəbər yerli media ilə yanaşı,Türkiyə mediasında da böyük əks-səda doğurub. Düşmənin Mi-24 tipli döyüş helikopterini vurulması 1995-ci ildən sonra ilk hadisədir.

Ailəlidir. Bir övladı var.
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol