• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni Ermənistan – Türkiyə birliyi təhlükəsi

Yeni Ermənistan – Türkiyə birliyi təhlükəsi
24.08.2017 00:58
Avrasiya İttifaqının Türkiyəyə azad ticarət barədə saziş təklif etməsi Ermənistanda ciddi maraq doğurub.

İstiPress-in məlumatına görə, belə bir təklifin olması və bunun Avrasiya İttifaqının iqtisadi kollegiyasının rəhbəri Tiqran Sarkisyan tərəfindən edilməsi erməniləri o qədər maraqlandırıb ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın senyabrın 8-11-də Astanaya və Bakıya edəcəyi səfərlərə xüsusi diqqət yetirməyə başlayıblar.    

Türkiyənin Avrasiya İttifaqından belə təklif almasını ilk dəfə iqtisadiyyat naziri Nihat Zeybəkçi dilə gətirib. O bildirib ki, Türkiyə sazişə qol çəkmək barədə düşünür.

Türkiyənin konkret cavab verməməsi erməniləri çox ürəkləndirib və onlar konkret şərtlərlə çıxış etməyə başlayıblar. Məsələn, erməni politoloq Levon Şirinyan "Lragir”ə verdiyi müsahibəsində Ankaraya soyqırım və Azərbaycan məsələsində təzyiq etməyi tələb edib:

"Ermənistan bu birlikdə (Avrasiya İttifaqında - red.)konsensus daşıyıcılarından biridir, buna görə də soyqırımın tanınması və nəticələrinin aradan qaldırılmasına qədər  sərt şərtlərini irəli sürməlidir. Bu, Avrasiya İttifaqına daxil olmağımızdan qazandığımız üstünlük ola bilər. Azərbaycanla  bağlı da eyni addım atılmalıdır”.

Erməni politoloq Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyinə görə Türkiyənin Ermənistanla sərhədlərini bağlamasını nəzərdə tutur.  

Rəcəb Tayyib Ərdoğanın nəzərdə tutulan Bakı səfərinə toxunan Levon Şirinyan Türkiyəyə Şimali Kipr məsələsində təzyiq göstərməyə çağırıb:
Ermənistanda bayramdır: Rusiya çökür

"Səfər rəmzidir, onlar telefonla da danışa bilərlər. Aydındır, getmək və nümayişkəranə şəkildə Qarabağdan danışmaq lazımdır. Buna görə erməni tərəfi də Kiprdən danışmağa başlamalıdır. Niyə Türkiyə orada işğalçı qoşunlar saxlayır, niyə biz bu amildən istifadə etmirik? Biz geri çəkilə bilmərik”,- deyə Şirinyan vurğulayıb.

Əslində, Levon Şirinyan həmişəki kimi fantastik ideyalar irəli sürür. Amma bu məsələnin Ermənistanın heç bir şərt irəli sürmədən gerçəkləşdirilməsi də mümkündür. Yəni Rusiyanın bir göz ağartması ilə məsələ həll oluna bilər. Və Azərbaycan üçün ən böyük təhlükə burdan başlaya bilər.
Məsələ bundadır ki, Türkiyə əgər Avrasiya İttifaqı ilə azad ticarət barədə saziş bağlasa, bu, Ermənistanla sərhədlərin açılması demək olacaq. Nəticədə, Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı İrəvana qarşı tətbiq etdiyi təcrid siyasəti iflasa gedəcək. Rəsmi Bakı bu məsələni vaxtında Türkiyənin diqqətinə çatdırmalıdır.

Çingiz Rüstəmov ,
İstiPress 







www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol