• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda 8 erməni hərbçi öldü

Qarabağda 8 erməni hərbçi öldü
15.09.2017 10:07
Dünən işğal altındakı Azərbaycan ərazilərində ermənilərin N saylı hərbi hissəsinə aparan yolda hərbi yük maşını uçuruma yuvarlanıb.

anews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində hərbi qulluqçulardan biri yazıb. Məlumata görə, içərisi hərbçilərlə dolu yük maşınının uçuruma yuvarlanması nəticəsində 8 hərbçi ölüb, 4-ü yaralanıb. Sürücü son anda avtomaşından atılıb və sağ qalıb. Yaralılar Xankəndi hospitalına aparılıb.

"Armenian army” adlı istifadəçi hadisə barədə yazır: "Bu gün - sentyabrın 13-də, saat 09:40 radələrində N saylı hərbi hissəyə gedən yolda Qarabağ Müdafiə Ordusunun hərbi yük avtomobili uçuruma aşdı.

Qəza nəticəsində 8 hərbi qulluqçu öldü, 4-ü yaralandı. Yaralıların vəziyyəti barədə heç nə məlum deyil.

Nəyə görəsə xəbərlərdə bu hadisə haqda heç nə deyilmir. Heç xəbər saytlarında da bu barədə məlumat yoxdur. Hər yerdə sakitlikdir. Hətta bizə heç nə demirlər. Hökumət nəyə görəsə bu haqda susur. Mən yaralı əsgərləri çıxarmağa şəxsən yardım etmişəm. 8 ölü, 4 yaralı saydıq. Ölənlərin siyahısı:
 
Artem Ovsepyan, Karen Aloyan , Armen Karapetyan, Ovik Karoyan, Ayvaz Asatryan, Arsen Babayan, Qor Masisyan, Zaven Qriqoryan.

Yaralıların adları: Tiqran Aloyan, Karen Adjabyan, Artur Davoyan, Qrayr Kamovyan.

Onlar hamısı mənim xidmət etdiyim hərbi hissənin əsgərləridir. Qəzada mənim ən yaxşı dostum Artem Ovsepyan həlak oldu. Yaralılardan xəbər olmadığına görə mən qərara aldım ki, hadisəni burada yazım”.

İstifadəçilərin bəziləri bu məlumatı paylaşıb, bəziləri isə istifadəçidən yazdıqlarını dərhal silməyi tələb edib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol