• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar Məmmədyarov Laos prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Laos prezidenti ilə görüşüb
15.09.2017 18:20
Laos prezidenti iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün XİN səviyyəsində qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətini qeyd edib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Bounhanq Voraçit ilə görüşüb.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Laosun dövlət başçısına çatdırıb.

Laos prezidenti Bounhanq Voraçit Azərbaycan prezidentinin səmimi salamlarına görə təşəkkür edib, onun da salamlarının və ən xoş arzularının prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Bounhanq Voraçit iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün xarici işlər nazirləri səviyyəsində qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Azərbaycan və Laos arasında ənənəvi dostluğa toxunan Bounhanq Voraçit çoxsaylı Laos tələbələrin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldıqlarını qeyd edərək, laoslu mütəxəssislərin yetişdirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib və bu əsnada qurulmuş əlaqələrin davam etdirilməsinin vacibliyini qeyd edib.

Elmar Məmmədyarov bu ilin iyununda laoslu həmkarının Azərbaycana ilk rəsmi səfərini xatırladaraq, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması və ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub. Bu xüsusda, Elmar Məmmədyarov laoslu həmkarı Salimsay Kommasit Azərbaycanda rəsmi səfərdə olarkən "Laos Xalq Demokratik Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında Saziş” in imzalandığını, bu səfərdə isə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandumun imzalanacağını diqqətə çatdırıb.

Təhsil sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunan nazir Azərbaycanın bu sahədə əməkdaşlığı davam etdirməyə hazır olduğunu qeyd edərək, ölkəmizin ali təhsil müəssisələri, o cümlədən ADA Universitetinin artan imkanları barədə məlumat verib.

Elmar Məmmədyarov Azərbaycanın inkişafı və əldə etdiyi nailiyyətlər haqqında məlumat verərək Şimal-Cənub nəqliyyat dəhlizinin perspektiv imkanları barədə danışıb və Laosun da öz məhsullarının ixracı üçün bu dəhlizdən istifadə edə biləcəyini diqqətə çatdırıb.
Görüşdə həmçinin, kənd təsərrüfatı, enerji, turizm sahəsində əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyi qeyd edilib.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol