• $
  • €
  • ₽
  • ₺
  • £

Xocalı soyqırımı Los-Ancelesdə anıldı

Xocalı soyqırımı Los-Ancelesdə anıldı
14.11.2017 13:00
Noyabrın 9-da Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu və ABŞ-ın ən nüfuzlu tibb ocaqlarından olan Cedars-Sinai Tibb Mərkəzinin yəhudi mənşəli əməkdaşlarının yaratdığı "Bir Ürək Xilas Et” Fondunun birgə təşkilatçılığı və sözügedən Fondun üzvlərinin iştirakı ilə Nasist Almaniyasında yəhudilərə qarşı soyqırımının (Holokost) başlanğıcı hesab edilən 1938-ci ilin "Kristal Gecə”sinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə "Bir Ürək Xilas Et” Fondunun rəhbəri, tanınmış kardioloq İzhar Xaruzi və Fondun üzvü Ester Blauqrund çıxış edərək, Baş Konsulluğa belə bir önəmli tədbirə ev sahibliyi etdiyi üçün təşəkkürlərini bildiriblər. Onlar "Kristal Gecə” haqda danışaraq, məhz 1938-ci ilin 9-10 noyabr tarixlərində bütün Nasist Almaniyasında yəhudilərə qarşı geniş miqyaslı poqromlara start verildiyini və bu qanlı gecənin 1945-ci ilədək 6 milyona qədər yəhudinin məhvi ilə nəticələnəcək Holokosta yol açdığını qeyd ediblər.

Oxu.Az-ın məlumatına əsasən, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, XX əsrdə iki dəfə soyqırımına məruz qalmış Azərbaycan xalqının yəhudiləri yaxşı anladığını və Holokost faciəsi ilə bağlı yəhudi xalqının ağrılarını duya bildiyini qeyd edib. 

1918-ci ilin Mart Soyqırımı haqda məlumat verən baş konsul bu soyqırım zamanı erməni daşnaklarının bolşeviklərlə əlbir olaraq on minlərlə Azərbaycan vətəndaşını amansızlıqla qətlə yetirdiklərini, bu soyqırımı faktlarının 1919-cu ilin "Nyu-York Times" qəzeti də daxil olmaqla, müstəqil mənbələr tərəfindən təsdiqləndiyini, eləcə də, Qubada həyata keçirilən soyqırımı zamanı erməni daşnakları tərəfindən azərbaycanlılarla yanaşı, yəhudilərin də qətliama məruz qaldıqlarını diqqətə çatdırıb.

Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərin bununla bitmədiyini qeyd edən baş konsul N.Ağayev Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışaraq, tədbir iştirakçılarını 1992-ci ilin Xocalı Soyqırımı haqda da məlumatlandırıb. Baş konsul bildirib ki, bu faciə tarixini və Azərbaycan xalqı ilə yəhudi xalqı arasındakı çoxəsrlik qardaşlıq münasibətlərini nəzərə alaraq, hər iki xalq dünyada belə faciələrin bir daha təkrarlanmaması üçün birlikdə səylər göstərməlidir. 

Holokost barədə danışan N.Ağayev qeyd edib ki, II Dünya Müharibəsi dövründə Azərbaycan Avropadan qaçan on minlərlə yəhudiyə qucaq açaraq, onları bu soyqırımından xilas edib.

Daha sonra İsrail kinematoqraflarının çəkdiyi, Holokosta həsr olunmuş sənədli film nümayiş etdirilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol