• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə naziri: “Dilənçi sən özünsən...”

Müdafiə naziri: “Dilənçi sən özünsən...”
15.01.2018 22:54
Ermənistan müdafiə naziri Vigen Sərkisyan Qarabağda zabit tərəfindən açılan atəşlə başından ağır yaralanmış keçmiş əsgər, 21 yaşlı Albert Dəlləkyanın xaricdəki müalicəsi üçün özünün Facebook hesabında pul yığma aksiyasına başlayıb. Virtualaz.org epress.am-a istinadən xəbər verir ki, müdafiə naziri əsgərin başında mürəkkəb cərrahiyə əməliyyatına ehtiyac olduğunu, bu əməliyyatın Ermənistanda da aparıla biləcəyini, lakin xaricdə həkimlərin bu sahə üzrə daha təcrübəli olduqlarını bildirir.

Dəlləkyanın anası oğlunun xaricdə müalicəsinin təşkili üçün aylardır Müdafiə Nazirliyindən kömək istəyirdi və rədd cavabı alırdı. Nəhayət müdafiə naziri müraciətə cavab verib, amma vəsait olmadığı üçün özünün Facebook hesabında pul dilənmə aksiyası keçirməklə.

Ermənistan İstintaq Komitəsinin bildirdiyinə görə əsgər Dəlləkyan 2016-cı ilin iyununda təmas xəttinin Xocavənd (Hadrut) istiqamətində bölük komandiri, leytenant Avaq Nahapetyanın "silahla davranma qaydalarını pozması” nəticəsində yaralanıb. İş üzrə istintaq davam edir, əsgərə atəş açan zabit hələ xidmətdədir. Dəlləkyanın isə beyni dağılıb və əlil olub. Müdafiə Nazirliyi onun xaricdə müalicəsi üçün pul ayırmaq səlahiyyətinin olmadığını bildirib. Səhiyyə Nazirliyi də əsgərin anasına rədd cavabı verib. Əməliyyatı Ermənistanda etməyi təklif edib.


Nəhayət müdafiə naziri "humanist addıma” əl ataraq özünün Facebook səhifəsində əsgə üçün pul yığma aksiyasına başlayıb. Vigen Sərkisyan bildirib ki, o və dostları müalicə üçün lazım olan 45 min dolların 10 faizini ciblərindən verir. "Kimin imkanı varsa bu pul yığma aksiyasına qoşulsun və Albertin ailəsinə zərurri vəsait yığılsın. Hətta mənim bu çağırışım belə kömək edə bilər. Allah Alberti, bütün qəhrəmanlarımızı, xalqımızı saxlasın”-müdafiə naziri bildirib.

Lakin sosial şəbəkə istifadəçiləri Vigen Sərkisyanı ələ salmağa başlayıblar. İstifadəçilər maraqlanıblar: nazirin bu cür pul yığması nə dərəcədə normaldır? Petros Sərkisyan adlı istifadəçi yazıb: "1000 dramlar qurtardı, yoxsa bu dilənçiliyin təzə yoludur?”


"Dilənçi sən özünsən”-müdafiə naziri həmin istifadəçiyə cavab yazıb.

Xatırladaq ki, Ermənistanda işləyən hər vətəndaş döyüş bölgəsində yaralanan və ya ölən əsgərlərə görə kompensasiya ödənilməsi üçün yaradılan xüsusi fonda hər ay 1000 dram (2 dollara yaxın) pul ödəməlidir. Bu fondun yaradılması hakimiyyət tərəfindən dilənçilik kimi qiymətləndirilib və tənqid olunub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Siyasət 13:36
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Siyasət 12:13
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Siyasət 11:58
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Siyasət 11:43
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol