Rusiyadan alınan texnika ordumuza daxil edildi

Azərbaycanla Rusiya arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən müasir hərbi texnikanın bir hissəsi Ordumuzun bölmələrinin silahlanmasına daxil edilib.
Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Silah və hərbi texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi məqsədilə keçirilən məşqlərdə hədəflərin dəqiq məhv edilməsinə, eləcə də atışların sıxlığına və sərrastlığına nail olunub.
www.anews.az
























