Qarabağda daha bir erməni əsgər öldü

Ermənistan ordusu Dağlıq Qarabağda daha bir itki verib.
Axar.az erməni mətbuatına istinadla xəbər verir ki, işğal olunmuş ərazilərdə xidmət edən Ermənistan ordusunun müddətli hərbi qulluqçusu Edqar Eremyan (1999-cu il) yol qəzası nəticəsində ölüb.
Hadisə martın 15-də baş verib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
























