• $
  • €
  • ₽
  • ₺
  • £

Eldar Mahmudovun qızı məhkəməyə verildi

Eldar Mahmudovun qızı məhkəməyə verildi
26.03.2018 15:57
Keçmiş MTN naziri Eldar Mahmudovun qızı Nərgiz Mahmudova və digər 2 nəfər tikinti şirkəti tərəfindən məhkəməyə verilib.

"Qafqazinfo” "Ölkə.Az”a istinadən xəbər verir ki, tikinti şirkəti olan "Eyfel” MMC  Nigar Mahmudova barədə Yasamal rayon məhkəməsinə şikayət verib. İddiaçı qismində tanınan tikinti şirkəti iddiasında göstərib ki, Mahmudova Nərgiz Eldar qızı, Q.Şahqasımov və T.Əzimova ilə bağlanmış müqavilələr etibarsız hesab edilsin. Həmçinin, mülkiyyət hüququnun tanınması tələbi barədə qarşılıqlı iddiada verib. Bununla yanaşı "Eyfel” MMC  hər 3 şəxsə qarşı işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və sair tələbi barədə qarşılıqlı iddia tələbi də irəli sürüb. 

Ancaq Yasamal rayon məhkəməsi tikinti şirkətinin heç bir iddiasını təmin etməyib. Bundan sonra "Eyfel” MMC  Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Mart ayının 30-da hakim Məmməd Məmmədovun sədrliyi ilə tikinti şirkətinin apellyasiya şikayətinə baxılacaq.

Qeyd edək ki, "Eyfel” MMC-nin rəhbəri Yavər Qurbanov, şirkəti vaxtilə "MTN işi”nə görə axtarışda olan "Akula Akif" ləqəbli Akif Mustafayevlə birgə təsis edib.
 
Belə ki, Eldar Mahmudovun ölkədə "at oynatdığı” dönəmdə Yavər Qurbanov MTN-nin dəstəyi altında bir sıra qanunsuzluqlara imza atıb. O, törətdiyi dələduzluq əməlinə görə 10 ildən artıq azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı halda MTN-nin dəstəyi ilə cəmi 8 aylıq cəza ilə canını qutara bilib.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol