• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev 87 min nəfəri sevindirdi

İlham Əliyev 87 min nəfəri sevindirdi
28.05.2020 21:53
Azərbaycan prezidenti İlham Əliyev Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Qaynarinfo xəbər verir ki, Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 4,6 milyon manatı "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. 


Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
 
Ağstafa rayonunun əhalisi 01.01.2018-ci il tarixə 87.200 nəfər təşkil edir. Rayon əhalisinin 21 400 şəhərdə, 65 800 kənddə yaşayır. Rayon əhalisinin 42 900 kişilər, 44 300 qadınlar təşkil edir.

Rayon əhalisinin milli tərkibində azərbaycanlılarla yanaşı rus, gürcü, kürd, türk və digər millətlərin nümayəndələri də vardır. Hazırda məşğul əhalinin sayı 43481 nəfərdir, o cümlədən kənd təsərrüfatı sahəsində 17856 nəfər, sənayedə çalışanların sayı 330 nəfər, tikintidə 469 nəfər, təhsildə 3726 nəfər, səhiyyə və sosial ximət sahəsində 1105, kreditləşmə, idarəetmə orqanlarının aparatında 324,digər sahələrdə 17632 nəfər və s. saydadır. Məşğul əhalinin 6098 nəfəri dövlət, 37834 nəfəri qeyri dövlət sahələrində çalışanlardır. Rayonda həmçinin 1507 nəfər Müharibə Veteranı, 22 nəfər Böyük Vətən Müharibəsi Veteranı, 90 nəfər Qarabağ müharibəsi əlili, 45 nəfər Əfqanıstan Müharibəsi Veteranı vardır. Rayonun 5 nəfər sakini Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür. Ağstafa rayonunda Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən 77 ailə (223 nəfər) müvəqqəti məskunlaşmışdır. Rayon ərazisində məskunlaşmış qaçqınların ümumi sayı 457 ailə, 1698 nəfərdir.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol