• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan səksəkədə, Qarabağda VƏZİYYƏT DƏYİŞİR - VIDEO

Ermənistan səksəkədə, Qarabağda VƏZİYYƏT DƏYİŞİR  - VIDEO
04.06.2018 12:02
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaşayan sadə ermənilər İrəvan tərəfindən yaradılmış qondarma rejimə etiraz edirlər.

Publika.az xəbər verir ki, iki gün öncə Xankəndində İrəvandan gəlmiş Ermənistan Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə şəhərdə yaşayan ermənilər arasında baş verən kütləvi davadan sonra ermənilər qondarma rejimin "polis rəisi” və "təhlükəsizlik xidmətinin rəhbəri”nin istefasını tələb ediblər.

Məlumatlara görə, küçələr bloklanıb, dövlət binaları mühasirəyə alınıb. Qondarma rejimin "rəhbərliyi” bəzi şəxsləri istefaya göndərməklə aranı sakitləşdirə bilib.

Lakin Ermənistan mediası tezliklə yeni toqquşmaların başlayacağını, əhalinin küçələrə çıxacağını yazır.
Erməni siyasi şərhçi Sarqis Artsruni qeyd edir ki, Xankəndindəki rejim İrəvandakı köhnə rejimin uzantısıdır: "Heç kimə sirr deyil ki, Qarabağdakı Rejim Ermənistanın əvvəlki hakimiyyəti tərəfindən idarə olunur. İrəvanda köhnə rejim dəyişdi, lakin eyni rejimin uzantıları Xankəndində qalır. Əhalinin etirazının kökündə isə məişət zəminində baş verən hər hansı insident yox, daha dərin səbəblər var”.

Onun sözlərinə görə, Qarabağda əhalinin çətin sosial vəziyyətdə yaşaması burada inqilabı tətikləyir.

"Lakin İrəvanda baş verən inqilabla müqayisədə Xankəndində baş verə biləcək üsyan daha təhlükəli nəticələrə gətirib çıxara bilər. Çünki Xankəndində baş verə biləcək daxili çaxnaşma cəbhədə Azərbaycanın əlini gücləndirəcək və Bakı bu prosesdən asanlıqla yararlana bilər. İrəvandan fərqli olaraq, "DQR”-i heç bir ölkə, hətta Ermənistan belə tanımır. Bu baxımdan, orada hər hansı çaxnaşma heç bir beynəlxalq diqqətə səbəb olmayacaq. Əvəzində Azərbaycanın hərbi yolla əraziləri qaytarmaq planının önünü açacaq”, - deyə o bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol