• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə böyük toplantı olacaq

Milli Məclisdə böyük toplantı olacaq
19.09.2018 13:46
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin, Azərbaycan parlamentarizminin yaranmasınının 100 illiyi ilə bağlı sentyabrın 21-də keçiriləcək xüsusi və  təntənəli iclasa parlament sədrləri, müavinləri səviyyəsində qatılacaq ölkələrin adları məlum olub.

Oxu.Az-ın Milli Məclisdən (MM) əldə etdiyi məlumata görə, 40-dan artıq ölkənin və beynəlxalq təşkilatların nümayəndə heyətlərinin qatılacağı  xüsusi və təntənəli iclasda Türkiyə, Səudiyyə Ərəbistanı, Gürcüstan, Əfqanıstan, Küveyt, Bəhreyn, Bosniya və Herseqovina, Bolqarıstan, Cibuti, İndoneziya, Pakistan parlament sədrləri səviyyəsində təmsil olunacaq.

Bildirilib ki, başqa  bir neçə ölkə də var ki, onların sədr səviyyəsində tədbirə qatılması gözlənilir. 

Qeyd olunub ki, xüsusi və təntənəli iclasa Rusiyanın, İranın, Macarıstanın, Polşanın, Serbiyanın, Monteneqronun, Çexiyanın, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Vyetnamın parlament sədrlərinin müavinləri qatılacaq.

Bununla yanaşı, təntənəli iclasa ATƏT Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA), Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA), Avropa Parlamenti, GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Parlament Assambleyasının nümayəndələri iştirak edəcək.

"Bu, çox mühüm və olduqca vacib tədbirdir. Tək Azərbaycan parlamentinin deyil, həm də Azərbaycan dövlətinin adı ilə bağlı olan bir məsələ və tarixi hadisədir.

Ona görə tədbirin çox yüksək və möhtəşəm səviyyədə baş tutması üçün hər bir addım atılır, hər şey yüz dəfə ölçülüb-biçilir, adi bir məqam, bir detal belə nəzərdən qaçırılmır”, - deyə MM-dən bildirilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol