• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna telekanalı Bakı haqqında süjet çəkdi - VİDEO

Ukrayna telekanalı Bakı haqqında süjet çəkdi - VİDEO
08.10.2014 12:31
Ukrayna telekanalı Azərbaycanın paytaxtı haqqında süjet çəkib.Azərbaycanın Nyu-Yorkla müqayisə edilən şəhərində olmaq və əsl ipək xalçaların necə hazırlandığını görmək istəyənlər Bakıya gəlsin, Ukraynanın “Zavtraka s 1+1” telekanalının süjetində deyilir, Oxu.Az xəbər verir.Həmin süjeti təqdim edirik:“Son 15 ildə Bakı çox dəyişib. Burada “badımcan” adlandırılan Bakı taksiləri London keblərinə oxşayırlar, yerli valyuta manat isə avroya bərabərdir.Bundan başqa, Bakıda köhnə binaları sökərək, onların yerində inanılmaz sürətlə kosmik binaları xatırladan yeni, qeyri-adi tikililər ucaldırlar.Şəhərin qədim hissəsinin rəmzi olaraq Qız Qalası, yeni hissənin rəmzi kimi isə Flame Towers yaxud Alov qüllələrini – Qafqazda ən hündür bina hesab olunan üç göydələni görürlər.Həmçinin burada gündüz İçərişəhərin bərpa olunmuş küçələri ilə gəzmək, “Briliant əl” filminin çəkildiyi yeri ziyarət etmək olar.Bakı həmçinin özünün gözəl milli xalçaları ilə fərqlənir. Burada onların qiyməti 10 manatdan 200 manatadək dəyişir. Ən bahalı xalçalar – ipək xalçaların qiyməti 300 avrodan bahadır.Xalçaları sıxlığına görə seçirlər. Keyfiyyətli xalça çox sıx olmalıdır. Belə məmulatın birini dörd qadın usta üç aya hazırlayırlar. Qadınlardan hər biri günün 15 saatını toxuma dəzgahının arxasında keçirirlər.Onlar etiraf edirlər ki, iş çətin və yorucudur. Onlardan biri, usta Ədivə deyir ki, artıq 20 ildir xalça hazırlayır. Qadın danışır ki, bir dəfə onların prezidentləri Əliyev prezident Kuçma və onun həyat yoldaşının təsviri ilə xalça sifariş etmişdi.Bu gün yerli dükanlardan birindəki Ukrayna bayrağı burada ukraynalıları xatırladır”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol