• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyandan Qarabağda müharibə anonsu - Erməni ekspert detalları açdı

Paşinyandan Qarabağda müharibə anonsu - Erməni ekspert detalları açdı
04.03.2019 15:49
ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan liderlərinin görüşə razı olduqlarını açıqladı. Görüşün yeri, vaxtı və təfərrüatları naməlum olsa da, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənlər yüksək səviyyəli təmasların qurulacağı ehtimalını gücləndirir.

Publika.az xəbər verir ki, Minsk qrupunun bəyanatı fonunda Ermənistan tərəfinin səsləndirdiyi bəyanatlar diqqət çəkir.

Baş nazir Nikol Paşinyan İrana səfəri zamanı bildirdi ki, Azərbaycan Prezidenti ilə görüş üçün gündəlik mövcud deyil.

O, yenə əvvəlki iddiasını irəli sürərək qeyd etdi ki, yalnız Dağlıq Qarabağ danışıqların dəyərli tərəfi statusunu alacaqsa, o zaman, danışıqlardan danışmaq mümkündür.

"Çünki mən "Qarabağ xalqını” təmsil etmirəm”, - deyə Paşinyan bildirdi.

Onun İrana səfərinə paralel olaraq Ermənistanın milli təhlükəsizlik xidmətinin direktoru Artuq Vanesyan Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etdi və bəyan etdi ki, "ərazilərin bir qarışının belə qaytarılmasından söhbət belə gedə bilməz”.

Bu, faktiki olaraq münaqişə ətrafında yaranmış müsbət atmosferin dağılması və müharibə qapısının açılması deməkdir.

Erməni siyasi şərhçi Aram Amatuni də yazır ki, İrəvan danışıqlar yolunu bağlayır və müharibə qapısını açır.

"O zaman sual yaranır, 25 il ərzində Ermənistan "Madrid prinsipləri” üzrə danışıqlara gedirdi, lakin "aprel müharibəsi” niyə baş verdi? Burada velosipedi yenidən ixtira etməyə, yaxud qara otaqda qara pişiyi axtarmağa ehtiyac yoxdur. "Aprel müharibəsi” danışıqların məntiqi üzrə baş verdi. Bundan sonra nələr olacaq? Bu sualın cavabı Ermənistanın dövlət kimi inkişafından asılıdır. Çünki rəqiblə rəqabət danışıqlar masasında yox, inkişafdadır. Bir dövlətin inkişafının 4 sütunu var: ordu, iqtisadiyyat, ictimai-siyasi sistem və mədəni sima. Rəqabət, yaxud rəqiblə mübarizə dövlət keyfiyyətlərinin effektivliyindən asılıdır. Rəqib bu 4 sütunda bizdən yüksəkdədir. Ermənistan nə edəcək, bu istiqamətdə rəqabətə davam gətirə biləcəkmi?”, - deyə o bildirib.

Amatuni qeyd edib ki, Ermənistan bu rəqabətə "sprinter” yox, marafon məntiqi ilə baxmalıdır: "Yəni son yaxın deyil, uzaqdır, hətta görünməyəndir. Əgər biz dövlət kimi məntiqli hərəkət etməsək, bizim üçün son hər gün olacaq”.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol