• $
  • €
  • ₽
  • ₺
  • £

Elçin Quliyev Ermənistanla sərhəddə

Elçin Quliyev Ermənistanla sərhəddə
29.05.2020 03:12
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, gene­ral-polkovnik Elçin QuliyevDövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın "Qazax” sərhəd dəs­tə­sinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəaliyyətini yox­la­yıb.

DSX-nin Mətbuat Mərkəzindən Anews.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının yerinə ye­tirilməsi istiqa­mətində həyata keçirilən tədbirlərin icra və­ziy­yəti, "Qazax” sərhəd dəstəsinin xid­­mə­ti əra­­zisindəki əməliyyat şəraiti, ərazi müdafiə­sinin və sər­həd mü­hafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqın­da məru­zələr dinlənilib.

Düşmənin mümkün təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş səngərlərində müdafiə mövqelərinin möhkəmləndirilməsi, müqabil ərazidə aparılan işlərə adekvat olaraq ərazidə mühəndis-isteh­kam tədbirlərinin gücləndirilməsi üzrə tapşı­rıq­lar verilib.

Qazax və Ağstafa rayonlarında ərazi müdafiəsinin təkmilləş­diril­məsi, müasir sər­həd müha­fi­zə infrastrukturunun yaradılması, sərhəd ko­mendantlıq­la­rında və sər­həd döyüş məntəqə­lə­­rin­də ye­ni xidməti binaların və əsgər ka­zarmalarının inşa edilməsi, sərhəd döyüş mən­tə­qələrinə yeni yolların sa­lınması, sənaye işığının və qaz xətlərinin çə­kilməsi məqsədilə görü­lən işlərə baxış ke­çirilib, bu fəaliyyətin daha da genişləndirilməsi və intensivliyinin yük­səldilməsi üzrə göstərişlər ve­ril­ib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol