• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan XİN: “Nalbandyan vacib məqamları unudub”

Azərbaycan XİN: “Nalbandyan vacib məqamları unudub”
19.09.2014 22:29
"Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması Azərbaycanın sərhədləri daxilində öz müqəddəratını müəyyən edə bilər"

Ermənistan XİN başçısı Edvard Nalbandyanın Şotlandiyadakı referendum və xalqların müqəddəratını təyin etməsi barədə dediyi fikirlər bu məsələni Qarabağın işğalı ilə əlaqələndirmək və Ermənistanın cinayətlərini pərdələmək cəhdidir. Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib. O qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn prinsiplərindən olan xalqların öz müqəddəratını təyin etməsinə və öz iradəsini ifadə etməsinə hörmətlə yanaşır: “Amma xalqların öz müqəddəratını təyin etməsi işğal, təcavüz və qanlı etnik təmizləmə əsasında və mərkəzi hökumətin icazəsi olmadan həyata keçirilə bilməz. Eləcə də onun ifadəsi dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməlidir”.  XİN rəsmisi qeyd edib ki, Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi kobud şəkildə pozulması, Azərbaycanınm 20 faiz ərazilərinə hərbi təcavüz edilməsi diqqətdən qaçmamalıdır: “Bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından qovularaq qaçqın və məcburi köçkün halına salınıb, işğal olunmuş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı insaniyyətə qarşı cinayətlər və qanlı etnik təmizləmə törədilib. Belə olduğu Ermənistan-Azərbaycan münaqişəsi kontekstində E.Nalbandyanın insan hüquqları, demokratik azadlıqlar və xalqların öz müqəddəratından danışmağa siyasi, hüquqi və mənəvi haqqı yoxdur. Çünki bu prinsipin əsasını təşkil edən zəmin tam şəkildə pozulub”.  H.Hacıyev bildirib ki, Ermənistanın halında xalqların öz müqəddəratını təyin etmək prinsipinin bəhanə gətirilməsi Azərbaycana qarşı törədilmiş işğal və təcavüzə görə Ermənistanın daşıdığı məsuliyyətin uğursuz formada pərdələnməsi və haqq qazandırılması cəhdidir. “Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, Helsinki Yekun Aktında bərabər hüquqlar və xalqların öz müqəddəratından bəhs edilərkən, BMT nizamnaməsinin məqsəd və məramlarına, beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsi tələb olunur. Eyni zamanda zor tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməzliyi Helsinki Yekun Aktında təsbit olunub”– deyə nazirlik rəsmisi qeyd edib. 

O əlavə edib ki, münaqişənin həlli üçün əsas maneə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində fiziki mövcudluğudur: “Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazilərindən çıxarıldıqdan və azərbaycanlı qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqdan, kommunikasiyalar və etimad mühiti bərpa edildikdən sonra Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması Azərbaycanın sərhədləri daxilində öz müqəddəratını müəyyən edə bilər. Etimad tədbirləri də ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərdən çıxarılması ilə başlamalıdır. Rəsmi Yerevan yalan və iftiralarla öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərinə və təxribatçı əməllərə son qoymalı, konstruktiv və sivil qaydada münaqişənin həlli istiqamətində konkret addımlar atmalıdır”.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol