• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənovdan AzTV və İTV ilə bağlı təklif

Əli Həsənovdan AzTV və İTV ilə bağlı təklif
07.05.2019 10:50
"Təklif edirəm ki, Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın". 


 "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısında çıxışı zamanı deyib.


O bildirib ki, bununla yanaşı, televiziya sahəsində qarşılıqlı əlaqələr qurulmalı və dövlətlərin milli bayramları da efir vasitəsilə yayımlanmalıdır: "Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyalar bir-birilə əlaqələrini qurub. Niyə görə bizim televiziya kanallarının yerli kabel şəbəkələrində təmsilçiliyi təmin olunmur? Təəssüflər olsun ki, Azərbaycan televiziyalarının nə qazaxıstanda, nə də Qırğızıstanda yayımlanmasına rast gəlinmir".


Ə.Həsənov qeyd edib ki, hazırda dövlətlərarası əlaqələr müəyyən platformada həyata keçirilir: "Türk Dövlətləri Birliyi Şurasının qəbul etdiyi qərarlar liderlərin iradəsini həyata keçirir. Türk Şurası yaradıldığı 2012-ci ildən bu günə qədər üzv dövlətlərlə qarşılıqlı əlaqələrlə fəaliyyət göstərir. Türk Şurasına üzv dövlətlərin nümayəndələri ilə birlikdə biz qarşılıqlı əlaqələri müzakirə etmişik".


Prezident köməkçisi xatırladıb ki, 4 il öncə Astana görşündə televiziya sahəsində vahid platformanın yaradılması və bunun inkişaf etdirilməsi müzakirə olunub: "Təəssüflər olsun ki, bu, hələ də kağız üzərində qalır. Çünki vahid platforma əsasında yaradılacaq televiziyanın yerləşəcəyi yer və maliyyə məsələləri hələ də öz həllini tapmayıb". 


"Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var və 1 milyondan artıq qaçqın və məcburo köçkünlərimiz var. Yaxşı olardı ki, Türk Şurasına üzv dövlətlərində televiziya vasitəsilə Azərbaycan həqiqətləri də türk qardaşlarımıza çatdırılsın", Ə.Həsənov vurğulayıb


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol