• $
  • €
  • ₽
  • ₺
  • £

“Rusiya qarşıdurma yolunu seçsə, vəziyyət daha da mürəkkəbləşəcək” AÇIQLAMA

“Rusiya qarşıdurma yolunu seçsə, vəziyyət daha da mürəkkəbləşəcək” AÇIQLAMA
08.09.2014 13:21
NATO ölkələri Uelsdə Rusiyanın Ukraynaya təcavüzünün qarşısının alınması yollarını müzakirə edərkən Rusiya münaqişənin həlli ilə bağlı “Sülhə doğru 7 addım” planını irəli sürdü. Bu, 1994-cü ildə Rusiyanın təşəbbüsü ilə irəli sürülən və Qarabağın 20 ildən artıq işğalda qalmasına səbəb olan “Bişkek anlaşması”na çox bənzəyir. Dövlət İdarəçilik Akademiyasının Strateji Araşdırmalar Unstitutunun direktoru, politoloq Elman Nəsirli belə bir oxşarlığın nədən ibarət olmasını şərh edib.Politoloq ANN.Az-a açıqlamasında bildirib ki, burada müəyyən paralellər aparmaq mükündür: "Sadəcə ortada fərqli durum var. Məsələ burasındadır ki, Putin Ukrayna ilə bağlı 7 maddəli bu planı elan etdi və paralel olaraq prezident Poroşenko da öz növbəsində plan irəli sürdü. Bu planlar arasında müəyyən uyğunsuzluqlar var. Bir çox məsələlərdə mövqelər üst-üstə düşmür. Atəşkəs imzalandıqdan heç 30 saat keçməmiş seperatçılar yenidən atəşkəsi pozdular. Beləliklə, Minskdə əldə olunmuş anlaşmanın xeyli kövrək olduğu və bu razılaşmaya əməl olunmaqla bağlı xeyli problemin olduğu üzə çıxdı. 
Düşünürəm ki, bu məsələdə əsas həlledici rolu Qərbin Rusiyaya tətbiq edəcəyi təzyiqlər oynayacaq. Artıq bildiyiniz kimi Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyalarına NATO-nun 4-5 sentyabrda Uelsdə keçirilən sammitində hərbi və siyasi sanksiyalar da əlavə olundu. Soyuq müharibədən sonra ilk dəfə Rusiya NATO-nun iclasına dəvət olunmadı. Açıq şəkildə onun iştirakından imtina edildi". 
Elman Nəsirli sentyabrın 15-dən 26-dək Ukraynanın qərbində 10 NATO ölkəsinin 1300 hərbiçinin iştirakı ilə təlimlər keçiriləcəyini xatırladıb: "NATO Ukraynanın statusu ilə bağlı qanun layihəsi müzakirə edib. Ukraynanın NATO-ya inteqrasiyası gündəmdədir".
Politoloq hesab edir ki, belə olan halda Rusiyanın güzəştli mövqe tutacağı halda vəziyyətdən çıxış yolu görünür: "Əks halda, Rusiya qarşıdurma yolunu seçsə, vəziyyətin daha da mürəkkəbləşəcəyi və belə atəşkəslə bağlı anlaşmaların sabun köpüyü kimi dağılacağı ehtimalı kifayət qədər böyükdür. Güman edirəm ki, bu məsələdə Qərbin qətiyyətli mövqeyi və Rusiyanın güzəştə getməsi vəziyyətdən çıxış yolu hesab edilə bilər. Haqqında bəhs olunan Minskdə əldə olunmuş razılaşma isə olduqca kövrəkdir və demək olar ona riayət olunmur. "Bişkek protokolu" ilə bağlı müəyyən paralellər aparmaq mümkündür". 
Mehman
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol