• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: "Necə olub Obamaya sülh mükafatı veriblər?"

Deputat: "Necə olub Obamaya sülh mükafatı veriblər?"
06.09.2014 16:06
Azərbaycan parlamentinin üzvü Fazil Mustafa sosial şəbəkədə yazdığı qeydlərdə ABŞ prezidenti Barak Oabamanı xaraktersiz adlandırıb. Musavat.com-un xəbərinə görə, deputat aşağıdakı ifadələri izləyiciləri ilə paylaşıb:

"Putinin şansı bir məsələdə gətirdi: ABŞ prezidenti Barak Obamadır. Mən Ronald Reyqanın bioqrafiyası ilə tanışam. İnanın ki, Reyqanın yerinə Obama olsaydı, SSRİ-nin dağılması xeyli gec baş verəcəkdi. ABŞ tarixində bu qədər xaraktersiz prezident oxuyub-öyrəndiklərimdən xatırlaya bilmirəm. Xarici siyasətdə aldığı bütün qərarlar fiasko. Necə olub ki, adama Nobel mükafatı verilib. Hansı sülhə görə...Yaxın Şərqdə sabit bir yer saxlamadı.Ukraynanın taleyini öz qərarsızlığı ilə Rusiyanın ovcuna qoydu. Krım unuduldu, Luqansk və Donbas qeyri-rəsmi Rusiyanın himayəsinə keçdikdən sonra atəşkəs tətbiq etmək məcburiyyətində qaldı Ukrayna. NATO-nun da gücü ancaq müsəlman aləminə qarşı istifadə olunur. Rusiyanın qarşısında əslində əriyib-tökülən bir NATO və onun boşboğazlıq vasitəsinə çevrilən prinsipləri var". Fazil Mustafa Uels sammitində baş verənlərə də toxunub: "Uels samitində alınan qərarlar isə tamamilə gülüncdür. Lap mollanın cübbəsinin itməsi səhnəsinə oxşar bir lətifəni xatıtrladır. Molla əsəbi şəkildə oğurlanmış cübbəsini nəzərdə tutaraq deyir ki, ay camaat bilirsiniz tapılmasa nə edəcəyəm? Soruşurlar ki, nə edəcəksən? Cavab verir ki, gedib yenisini alacağam. Krım işğal olunub, Donbas və Luqansk kimi iri sənaye mərkəzləri itirilib, yalandan Rusiyanı qorxutmaq istəyir. İndi 5 min nəfərlik personal hazırlayır, qabaqdan da Avropanın soyuq payızı başlayır, Avropalılar üşüməyə başlayanda o qüvvəni harada istifadə edəcəksən? Özləri NATO-nun əleyhinə çıxacaqlar ki, donuruq, Ukrayna da cəhənnəmə, imkan ver Rusiyadan qazımızı alaq. Azərbaycanda NATO ilə əməkdaşlıq barədə siyasi etiket xaricində səmimi düşüncəsi olanlar bu hadisələri bir daha diqqətlə izləməlidirlər".

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol