• $
  • €
  • ₽
  • ₺
  • £

“Bu qarşıdurma dünyanın məhvi ilə nəticələnə bilər” - Asim Mollazadə

“Bu qarşıdurma dünyanın məhvi ilə nəticələnə bilər” - Asim Mollazadə
06.09.2014 13:25
“Azərbaycan və Türkiyə NATO-nu məhz bu sülhü və sabitliyi təmin etməyə çağırıb”. Bunu SİA-ya millət vəkili Asim Mollazadə Türkiyə prezidentinin NATO-nu Azərbaycanla bağlı öhdəliklərini yerinə yetirməyə çağırmasına və bu öhdəliklər yerinə yetirilsə, Azərbaycanın hansı dividentlər əldə edə bilməsi fikrinə münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, burada sistemi formalaşdırmaq və beynəlxalq layihələri həyata keçirmək üçün təhlükəsizlik zəmanəti lazımdır: “Azərbaycan bu layihələrlə Avropanın enerji təhlükəsizliyini təmin edir. Bildiyiniz kimi, burada hər bir layihəyə milyardlarla dollar məbləğində sərmayə qoyulur. Bu sərmayələrin bir qismini Azərbaycan qoyursa, daha böyük qismi isə NATO ölkələri tərəfindən yatırılır. Bu sistemi müdafiə etmək və onun normal fəaliyyəti üçün mütləq sabitlik, sülh lazımdır. Azərbaycan və Türkiyə də NATO-nu məhz bu sülhü və sabitliyi təmin etməyə çağırıb”.

NATO sammitinin Rusiyaya qarşı ittihamlara başlaması alyansın hərbi addımlar atması ilə nəticələnə bilərmi sualını cavablandıran Asim Mollazadə deyib ki, burada heç bir qarşıdurmadan söhbət gedə bilməz: “Burada başlıca məqam NATO-nun müəyyən qədər oyanıb təhlükəsizliyi təmin etmək istiqamətində siyasi fəaliyyətə başlamasıdır. Hesab edirəm ki, nüvə silahları olan ölkələrin hər hansı bir qarşıdurması dünyanın məhvi ilə nəticələnə bilər. Bu, bir növ prosesləri cilovlandıran amildir”.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol