• $
  • €
  • ₽
  • ₺
  • £

İran deputatı: “Azərbaycan haqlı olsa da, biz Ermənistanı dəstəklədik”

İran deputatı: “Azərbaycan haqlı olsa da, biz Ermənistanı dəstəklədik”
29.05.2020 05:10
İran İslam İnqilabının əsas ideoloqlarından biri Ayətulla Murtəza Mütəhhərinin oğlu, İran parlamentinin üzvü Əli Mütəhhəri ölkəsinin Qarabağ, uyğurlar və Kəşmir məsələsi ilə bağlı mövqeyini tənqid edib.
Virtualaz.org-un məlumatına görə, Ə.Mütəhhəri Cammu və Kəşmirdə gedən son proseslərlə bağlı yazılı açıqlamasında İranın xarici siyasəti ilə razılaşmadığını bildirib.
"Hindistan hökumətinin Cammu və Kəşmirin muxtariyyətini ləğv etməsi məzlum xalqın haqlarının olmaması deməkdir və Hindistan burada zalım mövqeyindədir. İranın Pakistan və Hindistanı sabitliyə dəvət etməsi kifayət deyil. Biz digər müsəlmanların düşdüyü vəziyyətə laqeyd qala bilmərik”,-deyə deputat vurğulayıb.
Millət vəkili Dağlıq Qarabağ münaqişəsi zamanı ölkəsinin Ermənistanın tərəfini tutduğunu da etiraf edib: "Azərbaycan və Ermənistan arasındakı Qarabağ problemində Azərbaycanın haqlı olmasına rəğmən, biz etnik narahatlığa görə Ermənistanın tərəfini tutduq. Biz Çinin Uyğur vilayətindəki müsəlmanlara qarşı işgəncə və təzyiqlərinə görə lazımi mövqe nümayiş etdirmədik. Biz Kəşmirdə yaşayan xalqın haqqının təmin edilməsinə kömək etməliyik”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol