• $
  • €
  • ₽
  • ₺
  • £

Vəfa Quluzadə: “Rusiya nüvə silahına əl ata bilər” - ŞOK AÇIQLAMA

Vəfa Quluzadə: “Rusiya nüvə silahına əl ata bilər” - ŞOK AÇIQLAMA
27.08.2014 10:32
“Lavrovun  Rusiya maraqlarının qorunması üçün əlindən gələni edəcək kimi təhdid mesajından aydınca sezilir ki, Qərb Rusiyanı öz sanksiyaları ilə çökdürməyə davam edərsə, Moskva da nüvə silahına əl ata bilər”.

Bunu Axar.az-a açıqlamasındaAzərbaycanın Xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Moskvanın Qərbin sanksiyalarına qarşılıq olaraq yağdırdığı təhdidləri şərh edərkən deyib.Onun sözlərinə görə, Qərb Rusiyanın vəziyyətinin kritik olduğunu çox yaxşı bilir:“Buna görə də Qərb addım-addım NATO-nun Rusiya ətrafında güclərini artırır, təşkilata üzv ölkələri gücləndirir. Buraya Baltikyanı və Şərqi Avropa ölkələri daxildir. Rusiyanın Qərbin sanksiyalarına cavab olaraq təhdidlərində növbəti dəfə güc tətbiq etməsi və hansısa təxribata əl atması qeyri-mümkündür. Xüsusən də Qafqazda. Çünki Moskva çox yaxşı başa düşür ki, belə bir addım onu xilas etməyəcək. Eyni zamanda Rusiyanın resurs ehtiyatının qarşılanmasında Qafqazın rolu böyükdür. Bu baxımdan da Rusiyanın hansısa təhdid xarakterli mesajı elə təhdid olaraq da qalacaq.  Lavrovun Rusiya maraqlarının qorunması üçün əlindən gələni edəcək kimi təhdid mesajından aydınca sezilir ki, Qərb Rusiyanı öz sanksiyaları ilə çökdürməyə davam edərsə, Moskva da nüvə silahına əl ata bilər. Ancaq Qərb bütün bunları ilk gündən nəzərdə tutub və Rusiyanın təhlükəli nüvə dövləti olduğunu da çox gözəl bilir. Rusiyanın Qərbin Ukraynanın işğalını tanıması arzusu ürəyində qalacaq. Qərb isə bununla heç vaxt barışmayacaq. Əvvəla, Ukrayna bununla heç vaxt barışmayacaq. Bu, ona görə mümkün deyil ki, bir milyonluq çeçenlə bacara bilməyən Rusiya indi onlara tam müstəqillik verib və əvəzində də Kadırov özünü  Putinin əsgəri hesab edir. Əgər vaxtilə Kadırova verilən ixtiyar Cövhər Dudayeva verilsəydi, heç bir müharibəyə ehtiyac qalmazdı. İndi Çeçenistanla bacarmayan Rusiya 50 milyonluq Ukrayna ilə necə bacaracaq? Ukraynanın arxasında Qərb çox möhkəm dayanıb. Əgər lazım gələrsə, Qərb Kiyevi ən müasir silahlarla da təmin edə bilər”. 

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol