• $
  • €
  • ₽
  • ₺
  • £

Leyla Əliyeva: "Moskva bu oyunda uduzacaq"

Leyla Əliyeva: "Moskva bu oyunda uduzacaq"
25.08.2014 15:11
"Putin özündən əvvəlki dövlət başçıları kimi Rusiyanın nüfuzunu ənənəvi müharibə yolu ilə qaldırmağa çalışır".Bu sözləri Axar.az-a açıqlamasında Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin prezidenti, politoloq Leyla Əliyeva Rusiyanın tutduğu işğalçılıq siyasətinin nə ilə nəticələnəcəyini şərh edərkən deyib.O, bildirib ki, Putinin bu siyasəti Rusiyaya çox baha başa gələcək:

"Beynəlxalq sanksiyalar Rusiyaya çox pis təsir edəcək və sözün əsil mənasında bu sanksiyalar Rusiyanı çökdürə bilər. Şübhəsiz ki, Rusiyada indi vəziyyət çox təhlükəli bir yol almaq üzrədir. Neft-qaz hasilatı və eyni zamanda qiymətin aşağı düşməsi ölkə iqtisadiyyatına öz amansız təsirini göstərəcək. Bu da Rusiyanın hərtərəfli zəifləməsinə gətirib çıxaracaq. Bunu görməzdən gələn ölkə başçısı özündən əvvəlki liderlər kimi Rusiyanın nüfuzunu ənənəvi siyasət yolu olan müharibə ilə qaldırmağa çalışır. Putinin getdiyi yol sonunu düşünmədən atılan riskə bənzəyir. O risk ki yürütdüyü müharibə siyasəti ilə ölkəsinin nüfuzunu qaldırsa da, rusiyalıları böyük təhlükə altına atacaq. O ki qaldı işğalçılıq yolu ilə artırılan nüfuzun ömrünə, bu da ölkədaxili iqtisadi vəziyyətin çökdüyü vaxta qədər sürə bilər. Tutaq ki, Rusiya yürütdüyü işğalçılıq siyasəti ilə indi regionda vəziyyəti ələ almış kimi görünür. Ortaya bir sual çıxır: bəs rusiyalıların taleyi necə olacaq? Məlum məsələdir ki, Rusiya Qərbə qarşı çıxmaqla çox təhlükəli bir oyunun içərisindədir. Heç bir şübhə yoxdur ki, Moskva bu oyunda uduzacaq".

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol