• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi məlumatları yanlış yayan jurnalistlər cəzalandırılacaq

Hərbi məlumatları yanlış yayan jurnalistlər cəzalandırılacaq
24.08.2014 13:30

Bundan sonra hərbi məlumatları özbaşına və yaxud yanlış yayan jurnalistlər qanun qarşısında cavab verməli olacaqlar. 

Milli Məclisdə ordu, hərbi məlumatların yayımlanması ilə bağlı məhdudiyyətləri özündə əks etdirən qanun layihəsi hazırlanır. 

Milli məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov qanun layihəsi üzərində işlənildiyini, senyabrda müzakirəyə çıxarılacağını bildirdi. 

Millət vəkili Siyavuş Novruzov deyir ki, “Komitə sədrinə təklif eləmişəm, bununla bağlı işlər gedir. Dünyada bilirsiniz, vətəndaş öz şəxsiyyətini təsdiq etmədən hər hansı bir fikir, şərh yaza bilmir, amma bizdə görürsən ki, ordu, hər hansı bir insan haqqında da müxtilf fikirlər yazırlar. Bakıda 30 min erməni əsilil adam var. Onlar da hər hansı təxribat xarakterli nəsə yazsalar, onda nə olar”. 

Qadağan olunmuş informasiyanı yayan şəxs barəsində konkret cəza tədbirlərinin görülməsi nəzərdə tutulur. Dünya təcrübəsində bu tip informasiyaların yayımlanması, xüsusən müharibə vəziyyətində olan ölkələrdə xüsusi qanunla tənzimlənir. 

Hesab edilir ki, informasiya təhlükəsizliyi ölkə üçün onun sərhədlərinin təhlükəsizliyi qədər vacibdir. İnformasiya müharibəsi ilə bağlı ilk rəsmi sənəd 1992-ci ildə Amerika Müdafiə nazirliyinin elə “İnformasiya müharibəsi” adı altında hazırlayıb həyata keçirdiyi direktiv sənəddir. Bu sənəddə milli maraqlar naminə öz informasiya təhlükəsizliyini təmin etməklə mətbuatın gücündən istifadə edərək düşmənin informasiya sistemlərinə təsir göstərməyin, informasiya üstünlüyünə sahib olmağın yolları və prinsipləri müəyyənləşib. Birləşmiş Ştatların informasiya agentliyinin dövlət departamentinin tərkibində fəaliyyət göstərməsi də Amerikanın bu sahəyə nə qədər çox önəm verməsinin əsas göstəricilərindəndir. Qonşu Rusiyada da belə təcrübə var.

ANS PRESS

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol