• $
  • €
  • ₽
  • ₺
  • £

İraq fəlakəti Naxçıvan sərhədlərinə yaxınlaşır

İraq fəlakəti Naxçıvan sərhədlərinə yaxınlaşır
19.08.2014 09:33
“Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşməsi yeni bir siyasi fenomen deyil”.Bu sözləri Axar.az-a politoloq Ərəstun Oruclu Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvan görüşünü şərh edərkən deyib. O, hər üç ölkənin münasibətlərini genişləndirməsi zərurətini hazırkı geosiyasi şəraitin diktə etdiyini bildirib:“Hər üç ölkə rəsmilərinin ən yüksək səviyyədə bir araya gələrək regional məsələləri müzakirə etdiyinin şahidi olmuşuq. Biz xəritəyə də baxsaq görərik ki, faktiki olaraq Cənubi Qafqaz hər tərəfdən daralır. Bir tərəfdə Yaxın Şərq, İraq, digər yanda isə Ukrayna və Rusiyanın cənubu aktivləşib. Nəzərə alaq ki, üç ölkə çox sıx şəkildə bir-birinə bağlıdır. Bu ölkələri birləşdirən siyasi-iqtisadi maraqlar var və onların belə həssas məqamda bir araya gəlməsi tamamilə normaldır. Nəzərə alsaq ki, bu üç ölkənin bir-biriylə xoş münasibəti bir araya yığışaraq formal bir qrup yaratmadan da müttəfiqlik yaratmalarını zərurətə çevirir. Bu baxımdan da belə bir görüş anlaşılandır. Hazırda bölgə ətrafında artan gərginlik hərbi gərginlikdir. Buna görə də üç müdafiə nazirinin bir araya gəlməsində qəribə heç bir şey görmürəm. Hətta bu formatda münasibətlər daha da dərinləşməli və sıx olmalıdır”. Politoloq Naxçıvanın bu dəqiqə bölgənin ən həssas yeri olduğunu bildirib:

“Naxçıvan bu dəqiqə bölgənin ən həssas yeridir. Naxçıvan İranla həmsərhəddir, İraqdan çox da uzaqda deyil. Qars müqaviləsinə əsasən xüsusi statusu olan bir ərazidir. Təbii ki, belə bölgələr hər zaman hədəfdə olur. Son günlər Naxçıvanda hərbi təlimlərin keçirilməsi və Azərbaycan ordusunun burada hərbi potensialını artırması vilayətin nə qədər həssas bölgə olduğunun faktorudur. Nazirlərin görüşünün də burada keçirilməsi təkcə mesaj deyil, həmçinin maraqların ümumi müdafiəsinin planının, xəritəsinin hazırlanması göstəricisidir. Unutmayaq ki, İran artıq İraq münaqişəsinə qoşulub. Deməli, bu təhlükə yaxın zamanlarda gəlib bizim sərhədlərə, xüsusilə, Naxçıvana da çata bilər”.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol