• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlılar ermənipərəst parlament üzvünə açıq məktub ünvanladı

Azərbaycanlılar ermənipərəst parlament üzvünə açıq məktub ünvanladı
16.08.2014 11:18

Avstraliyada yaşayan azərbaycanlılar adından Qarabağdakı gərginliyə görə Azərbaycanı günahlandıran və ölkəmizə qarşı sanksiyalar tələb edən Yeni Cənubi Uels Ştatının parlament üzvü Amanda Fazioya açıq məktub ünvanlanıb. 

Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətindən APA-ya verilən məlumata görə, cəmiyyətin sədri İmadəddin Qasımovun məktubunda A.Fazionun həqiqətlərə uyğun olmayan açıqlamasından məyusluq ifadə olunub.İ. Qasımov məktubunda xatırladıb ki, xanım Fazionun iddiaları beynəlxalq təşkilatların da mövqeyi ilə ziddiyyət təşkil edir: “Azərbaycanın ərazi bütövlüyü BMT, Avropa Şurası, Avropa Parlamenti, ATƏT və bir çox mötəbər beynəlxalq təşkilatlar tərəfindən tanınır. Avstraliya da Azərbaycanın ərazi bütövlüyünü tanımış dövlətlər arasındadır. Sizin mövqeyiniz və səsləndirdiyiniz fikirlər reallığı əks etdirmir. Azərbaycanın əraziləri Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır və Azərbaycan hazırda öz ərazi bütövlüyünü sülh yolu ilə bərpa etməyə çalışır. 1994-cü ildən bəri Qarabağda atəşkəs hökm sürür və Azərbaycan münaqişənin həllində vasitəçiliyi ATƏT Minsk Qrupuna etibar edib. Ukraynadakı hadisələrdən həvəslənən erməni işğalçıları isə son günlər atəşkəsi pozmağa və Azərbaycana qarşı həqiqətə uyğun olmayan iddialar irəli sürməyə çalışırlar. Sizin də rəsmi Bakının icazəsi olmadan Qarabağa səfər edən şəxslər arasında olmağınız bizi məyus edir və nəzərinizə çatdırmaq istəyirik ki, bu, beynəlxalq hüquqa hörmətsizlikdir”. 

 Qeyd edək ki, Avstraliyanın Yeni Cənubi Uels Ştatının parlamenti 2012-ci ildə uydurma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyini” tanıyıb.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol