• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev Ərdoğandan Naxçıvanda hərbi baza yaratmasını istəyəcək

Əliyev Ərdoğandan Naxçıvanda hərbi baza yaratmasını istəyəcək
15.08.2014 12:20
“Ərdoğanın seçildikdən dərhal sonra Azərbaycana gəlməsi ibrətamiz bir hərəkətdir”.Bu barədə Axar.az-a politoloq Qabil Hüseynli Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana edəcəyi səfəri şərh edərkən söyləyib.O, Əliyevlə Ərdoğanın gizli qapılar arxasında hərbi əməkdaşlıq haqqında müqaviləni müzakirə edəcəklərini bildirib:“Bu o deməkdir ki, hər iki ölkə bir-birinə kifayət qədər əhəmiyyət verir. Bunun protokol mahiyyəti budur. Amma Dağlıq Qarabağ məsələsində biz Türkiyədən daha çox dəstək gözləyirik. Bu dəstək təkcə diplomatik və siyasi formada olmamalıdır. Biz uzun müddətdir istəyirik ki, Bakıyla Ankara arasında hərbi əməkdaşlıq haqqında müqavilə imzalansın. Amma təəssüf ki, Türkiyə bununla bağlı konkret cavab vermir və məsələni ləngitməklə məşğul olur. Azərbaycanın Türkiyə ilə bağlı digər təkliflərindən biri də Naxçıvan olacaq. Qars müqaviləsinə görə, Naxçıvanın təhlükəsizliyinə zəmanət verənlərdən biri də Türkiyədir. Bu müqaviləyə görə, Naxçıvana edilən hücum Türkiyəyə hücum kimi dəyərləndirilir. Ona görə də Azərbaycan Türkiyədən Naxçıvanda hərbi bazasının yaradılmasını istəyir. Hətta bu istiqamətdə də təkliflər var. Amma Ankara yenə də bu məsələni ləngidir. Türkiyə açıq-aşkar Rusiya və Ermənistanla qarşıdurmadan qaçır. 2015-ci ildə Türkiyə ermənilər və Ermənistanla bağlı xüsusi bir siyasət yeritməyi nəzərdə tutur. Bunun ip uclarını artıq onlar öz mətbuatlarında veriblər. Erməni və rus adı olan yerdə Ankara qarşıdurmaya getməkdən boyun qaçırır. Türkiyə regional güc olmaq istəyirsə, sərt siyasət yürütməyi bacarmalı və rusların maraqları ilə qarşı-qarşıya gəlməlidir. Gizli qapılar arxasında Türkiyəyə satılan qaz məsələsində də fikir mübadiləsi olacaq. Bu məsələdə də müəyyən bir disbalans var. Bu da ondan ibarətdir ki, Türkiyə İran və Rusiyadan qazı 300 dollara aldığı halda Bakıya 120 dollar ödəyir. Azərbaycan bu disbalansın aradan qaldırılmasını istəyəcək”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol