• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyxülislam Ərdoğana təbrik məktubu göndərdi

Şeyxülislam Ərdoğana təbrik məktubu göndərdi
12.08.2014 10:28
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyə Cümhuriyyəti tarixində xalqın seçimi ilə keçirilən ilk prezident seçkilərində inamlı və parlaq qələbə qazanması münasibətilə Ərdoğanı Azərbaycan, Qafqaz müsəlmanları və şəxsən öz adından təbrik edən A. Paşazadə onun Türkiyə dövlətinin rifahı, türk millətinin səadəti, İslam birliyi naminə gördüyü bütün işlərə Allah-Təaladan xeyir-dualar diləyib. “Bu qələbənin qürur və şərəfini yaşamağa tam haqqınız var. Sizin, xalq tərəfindən seçilmiş ilk Türkiyə prezidenti olmanızla dövlətinizin tarixində yeni dönəmin başlanğıcı qoyuldu. Əminəm ki, Türkiyənin XII prezidenti olaraq Türkiyə xalqının rifah və tərəqqisi, dünya miqyasında mövqelərinin güclənməsi yolunda görəcəyiniz işlər möhtəşəm olacaq. Möhtərəm və əziz qardaşım! Bu böyük uğurdur. Bu, Türkiyə Cümhuriyyəti ilə əbədi və qırılmaz tellərlə bağlı, «bir millət, iki dövlət» olan Azərbaycanın da uğurudur. Zatən, sevincimiz bir, kədərimiz birdir. Qoy Uca Allah Türkiyə-Azərbaycan qardaşlığını daimi qərar versin, Uca Nəzərini dövlətlərimiz, xalqlarımız və dövlət başçılarımızın  üzərindən əsirgəməsin! Ümidvarıq ki, Zati-aliləriniz ənənəyə sadiq qalaraq, bu seçkilərdən sonra da ilk olaraq Azərbaycana təşrif buyuracaqsınız. Qardaş Azərbaycanda cənabınızı şəxsən ziyarət etmək şərəfinə nail olarıq, inşallah! Bir daha bütün Azərbaycan müsəlmanları adından Sizi ürəkdən təbrik edir, Uca Yaradandan cənabınıza can sağlığı, uzun ömür və Türkiyə dövlətinin qüdrəti, türk-İslam dünyasının yüksəlişi naminə möhtəşəm fəaliyyətinizə yeni uğurlar diləyirəm!”, - deyə təbrikdə bildirilir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol